Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Astarada Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir

Astara, 13 mart (AZƏRTAC). Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.

İdmançılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyevə məlumat verildi ki, son illər Astarada idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir. Müasir olimpiya kompleksinin istifadəyə verilməsi isə gənclərin idmana olan maraq və həvəsini daha da artıracaqdır.

Dövlətimizin başçısı Astara Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidenti kompleksdə yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, ərazisi 5 hektar olan kompleksin tikintisinə 2006-cı ildə başlanmış, inşaat işləri yüksək səviyyədə aparılmışdır. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, eyni zamanda, Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır.

Qeyd edildi ki, kompleksin 936 nəfərlik böyük idman zalında mini futbol, voleybol, basketbol, tennis yarışları keçirmək üçün hər cür şərait vardır. Məşq zalları, eləcə də 172 tamaşaçı yeri olan üzgüçülük hovuzu da beynəlxalq standartlara cavab verir.

Bildirildi ki, kompleksin daxilində yaradılan qonaq otağında və konfrans zalında müxtəlif tədbirlər keçirmək mümkündür.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, rayonun idman məktəbinin yetirmələri Cəbrayıl Həsənov və Sona Əhmədli İstanbulda sərbəst güləş üzrə keçirilən dünya çempionatında bürünc medal qazanmışlar. Cəbrayıl Həsənov 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdır. Bundan başqa, Azərbaycan Şahmat Federasiyasının qərarı ilə rayonun şahmat məktəbində bir həftə ərzində 150 idmançı arasında respublika çempionatı keçirilmişdir. 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı rayonda görüləcək işlər barədə geniş proqram hazırlanmışdır. Yeni tikilmiş Olimpiya İdman Kompleksi isə “İdman ili”nə ən böyük hədiyyədir.

Dövlətimizin başçısı Olimpiya İdman Kompleksinin ərazisində inşa olunan 4 kottecdə yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, ikimərtəbəli kotteclərdə eyni vaxtda 40 nəfər qala bilər.

Azərbaycan Prezidenti kompleksin açılışı mərasimində çıxış etdi.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Əziz dostlar, əziz astaralılar! Bu gün Astara rayonunun həyatında çox əlamətdar bir gündür. Astarada gözəl Olimpiya İdman Mərkəzi açılmışdır. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.

Bu Olimpiya İdman Mərkəzində idmanla məşğul olmaq üçün bütün şərait vardır. Mən vaxtilə Olimpiya Mərkəzinin inşası ilə bağlı göstəriş vermişdim. Ondan sonra Astarada olarkən tikintinin gedişi ilə tanış olmuşdum. Keçən il də mən Astarada idim. Bu gün bu gözəl, möhtəşəm Olimpiya Mərkəzinin açılışında biz bərabər iştirak edirik. Əminəm ki, Astara idmançıları və Astara sakinləri bu imkanlardan səmərəli şəkildə istifadə edəcəklər. Çünki burada bütün şərait vardır. Gözəl idman zalları, açıq meydançalar, üzgüçülük hovuzu, trenajor zalları - bir sözlə, artıq Astarada da gözəl, müasir Olimpiya Mərkəzi yaradılıbdır.

İdmana Azərbaycanda çox böyük diqqət göstərilir. Bizim dövlət siyasətimiz də idmanın inkişafına yönəldilibdir. Azərbaycan dövlətinin idmana münasibətini görmək üçün sadəcə olaraq uğurlarımıza fikir vermək kifayətdir. Son illər ərzində idmançılarımız bütün beynəlxalq yarışlarda böyük qələbələr qazanırlar. Dünya çempionatlarında, Olimpiya oyunlarında, Avropa çempionatlarında milli bayrağımız dalğalanır. Bu, çox sevindirici haldır. İldən-ilə idmançılarımızın uğurları, medalların sayı artır və ölkəmizin idman şöhrəti yüksəklərə qaldırılır.

Bu il Azərbaycanda “İdman ili” elan edilibdir. Bu da çox gözəl göstəricidir. Bu, onu göstərir ki, Azərbaycan dövləti idmanın inkişafına nə qədər diqqət yetirir. “İdman ili” çərçivəsində müxtəlif tədbirlər keçiriləcəkdir. Ancaq bu il ilk istifadəyə verilən olimpiya idman kompleksi Astara Olimpiya İdman Mərkəzidir.

Əminəm ki, bu il idmançılarımız bizi yenə də öz uğurları ilə sevindirəcəklər. Bu il Olimpiya oyunları ilidir. İdmançılarımız bu oyunlara çox fəal hazırlaşırlar və ümid edirik ki, Olimpiya oyunlarında da bizim böyük uğurlarımız olacaqdır. Belə fikirləşməyə əsas verən bizim əvvəlki dövrlərdə Olimpiya oyunlarındakı çıxışlarımızdır. İldən-ilə Olimpiya oyunlarında medalların sayı artır və Azərbaycan idman dövləti kimi özünü dünyaya, dünya idman ictimaiyyətinə təqdim edir.

Ölkəmizdə müxtəlif beynəlxalq yarışların keçirilməsi artıq gözəl bir ənənəyə çevrilibdir. Azərbaycanda istənilən beynəlxalq idman yarışının keçirilməsi mümkündür. Avropa, dünya çempionatlarının keçirilməsi artıq bizim yaxşı ənənəmizdir və bütün bu böyük yarışlar yüksək səviyyədə keçirilir. Bu amili və bütövlükdə ölkəmizin uğurlu inkişafını nəzərə alaraq Azərbaycan 2020-ci ilin Olimpiya oyunlarının Bakıda keçirilməsi üçün müraciət etmişdir və bu müraciətə baxılır. Mən hesab edirəm ki, ölkəmizin paytaxtı Bakı Olimpiya oyunlarının keçirilməsi üçün də bütün imkanlara malikdir. Bizim gözəl infrastruktur imkanlarımız vardır. İnsanların Olimpiya oyunlarının Azərbaycanda keçirilməsinə böyük dəstəyi vardır. Beynəlxalq qurumlar tərəfindən keçirilmiş rəy sorğuları da bunu göstərir. Ölkə vətəndaşlarının 95 faizi Olimpiya oyunlarının Azərbaycanda keçirilməsinə öz dəstəyini vermişdir.

Bizim kifayət qədər idman qurğularımız vardır. Tikilməkdə olan, tikilmiş və nəzərdə tutulan böyük idman qurğuları. Artıq bu məsələ də gündəlikdədir. Bizim gözəl idmançılarımız, idman uğurlarımız vardır.

Azərbaycanda təhlükəsizlik tədbirləri çox yüksək səviyyədə təmin edilir. Ölkəmizdə hökm sürən sabitlik, ictimai-siyasi asayiş Olimpiya oyunlarının keçirilməsi üçün də mühüm amil kimi özünü göstərir. Bir sözlə, biz Bakıda Olimpiya oyunlarının keçirilməsi üçün tam hazırıq və deyə bilərəm ki, bizim bu istəyimiz, eyni zamanda, ölkəmizin gücünü göstərir.

Biz sadəcə olaraq 20 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Bu 20 il ərzində Azərbaycan böyük və şərəfli yol keçibdir. İstənilən sahədə biz böyük uğurlara nail ola bilmişik. Biz iqtisadi sahədə dünyada misli görünməmiş inkişafı yaşayırıq və bu, bütün statistik göstəricilərdə özünü əks etdirir.

Ölkəmizdə sosial məsələlərin həlli çox uğurla aparılır. Sosial infrastrukturun yaradılması prosesi uğurla gedir. Biz bunu Astara rayonunun timsalında görə bilərik. Astarada son illər ərzində 20-dən çox məktəb tikilibdir. Bu gün biz Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra açılışını qeyd edəcəyik. Gözəl, möhtəşəm Olimpiya Mərkəzi yaradılıbdır, kənd yolları qaydaya salınır. Yəni, Azərbaycanda sosial məsələlərin həlli də çox müsbət istiqamətdə inkişaf edir.

Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. İyirmi il müstəqillik dövründə Azərbaycan özünü dünyaya etibarlı tərəfdaş və inamlı dost kimi təqdim edə bilmişdir. Məhz bunun nəticəsidir ki, dünya birliyi, dünya ictimaiyyəti Azərbaycana böyük etimad göstərərək bizi BMT Təhlükəsizlik Şurasına üzv seçdi. 155 ölkə gənc, ancaq qüdrətli və müstəqil Azərbaycan dövlətinə öz səsini verdi. Bu, beynəlxalq müstəvidə əldə edilmiş ən böyük uğurdur. Bu uğur bir də onu göstərir ki, bizim xarici siyasətimiz düzgün siyasətdir. Bizim xarici siyasətimiz həm ölkənin maraqlarının təmin edilməsi üçün aparılır, eyni zamanda, ölkəmizin beynəlxalq imici də çox müsbətdir. Əks təqdirdə 155 ölkə bizə səs verməzdi.

Bir sözlə, bu 20 il ərzində ölkəmizdə istənilən sahədə böyük nailiyyətlər vardır. Biz haqlı olaraq bu nailiyyətlərdən danışırıq. Ancaq, eyni zamanda, bizim bütün gələcək fikirlərimiz gələcək inkişafa istiqamətləndirilib. Biz əlavə nə etməliyik? Ölkəmizi bundan sonra necə inkişaf etdirməliyik? Bu məsələlərlə bağlı bizdə kifayət qədər dəqiq planlar, proqramlar və fikirlərimiz vardır. Bu barədə mən dəfələrlə müxtəlif tədbirlərdə fikirlərimi ifadə edirəm. Son müddət ərzində sahibkarlarla görüşdə ölkəmizin ümumi iqtisadi inkişafı, uzunmüddətli iqtisadi inkişafı və onun perspektivləri haqqında öz fikirlərimi söylədim.

Bir daha demək istəyirəm ki, ölkəmiz dinamik şəkildə inkişaf edir. Ölkəmizin çox gözəl beynəlxalq imici vardır. Ölkə hərtərəfli inkişaf edir. Biz indi ölkə iqtisadiyyatımızın şaxələndirilməsi ilə məşğuluq və bu sahədə də uğurlar əldə edə bilmişik. Bütün bölgələrdə canlanma, inkişaf vardır. Ən ucqar bölgələrdə, ən ucqar kənddə inkişaf vardır. Hər bir rayonun inkişafı, əslində ölkəmizin inkişafını gücləndirir. Ölkənin inkişafı bölgələrin inkişafı olmadan mümkün deyildir. Biz hazırda qeyri-neft sektorunun, kənd təsərrüfatının, turizmin, qeyri-neft sənayesinin inkişafı üçün çox əhəmiyyətli addımlar atırıq.

Bu gün hər bir bölgədə gələcəklə bağlı konkret planlar vardır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsi artıq başa çatmaq üzrədir. Gələn il bu proqram da yekunlaşacaq və beləliklə, son 8-10 il ərzində nəzərdə tutduğumuz məsələlər öz həllini tapacaqdır. Çalışmalıyıq ki, 2013-cü ilin sonuna qədər bütün bölgələrdə qazlaşdırma layihələri maksimum dərəcədə başa çatsın. O cümlədən Astara rayonunda bu proses sürətlə gedir. Artıq kəndlər də qazlaşdırılır.

Su-kanalizasiya layihələrinin həyata keçirilməsi hər bir rayon, hər bir şəhər üçün çox aktual məsələdir, o cümlədən Astara üçün də aktualdır. Bu məsələ də öz həllini tapır.

Avtomobil yollarının tikintisi. İndi Bakı-Astara magistral avtomobil yolu inşa edilir. Ümid edirəm ki, biz yaxın illərdə bu yolun açılışını qeyd edəcəyik. Kənd yolları tikilir. Keçən dəfə Astarada olarkən bir neçə kəndi birləşdirən kənd yolunun açılışında iştirak etdim. Bu gün yenə də Astara rayonunda digər kəndləri birləşdirən yolun açılışında iştirak edəcəyəm. Biz çalışırıq ki, hər bir yaşayış məntəqəsində normal yaşamaq və işləmək üçün yaxşı şərait, ilk növbədə, infrastruktur, sosial infrastruktur olsun. Yəqin xatırlayırsınız ki, ölkəmizdə ilk modul tipli elektrik stansiyalarının tikintisi də məhz Astaradan başlamışdır. 90 meqavat gücündə olan birinci elektrik stansiyası məhz Astarada tikilmişdir. Bu stansiya indi həm Astara, həm bütün bölgə üçün vacib enerji mənbəyidir.

Bu, çox gözəl hadisədir. Mən ürəkdən sevinirəm ki, bu gün Astarada da idmanla məşğul olmaq üçün çox gözəl şərait yaradılıbdır. Ancaq eyni zamanda, bu gözəl Olimpiya Mərkəzi məhz əvvəlki dövrlərdə düzgün seçilmiş strategiya və taktikanın nəticəsində mümkün olmuşdur. Əgər biz iqtisadi gücü yaratmasaydıq heç bir sosial infrastruktur, yaxud da ki, idman qurğusunun tikilməsinə imkanımız çatmazdı. Əgər biz güclü iqtisadiyyat yaratmasaydıq, bu gün ölkəmizin dünyadakı mövqeləri bu qədər güclü olmazdı. Biz öz gücümüzə, Azərbaycan xalqının istedadına arxalanırıq. Əldə edilmiş bütün uğurlar məhz Azərbaycan xalqının xidmətidir.

Biz tam şəkildə müstəqil siyasət aparırıq, heç kimdən asılı deyilik və bundan sonra da heç kimdən asılı olmayacağıq. Biz müstəqilliyin qədrini bilirik. Müstəqillik sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik müstəqil siyasət aparmaq imkanlarıdır. Bu gün Azərbaycan bölgədə sabitləşdirici rolu oynayır. Dünya birliyi tərəfindən Azərbaycanın fəaliyyəti təqdirlə qarşılanır. Ölkə daxilində proseslər çox müsbət istiqamətdə gedir. Bizim imkanımız var ki, belə gözəl idman qurğuları yaradaq və hər bir bölgənin, xüsusilə cənub zonasının inkişafı ilə bağlı əlavə konkret addımlar ataq.

Bu gün çox gözəl bir gündür. Mən Astarada dəfələrlə olmuşam. Hər dəfə rayonda, şəhərdə olarkən yenilikləri görəndə çox sevinirəm. Keçən il də Astarada olmuşam. Keçən il də, yenə də demək istəyirəm ki, həm yolun, həm Gənclər evinin açılışını qeyd etmişdik. Astara gözəlləşir, müasir gözəl şəhərə çevrilir. Mən bu uğurlarla bağlı bütün astaralıları mən ürəkdən təbrik edirəm, 34-cü Olimpiya İdman Kompleksinin açılışı münasibətilə təbrik edirəm. Arzu edirəm ki, hər bir gənc və hər bir vətəndaş bu kompleksin imkanlarından istifadə etsin, hər bir insan özünü rahat hiss etsin, hər bir ailədə sosial vəziyyət, dolanışıq yaxşı olsun, imkanlar artsın, ölkəmiz inkişaf etsin, insanlar rifah içində yaşasınlar.

Əziz dostlar, bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə və bütün astaralılara cansağlığı, yeni uğurlar arzulayıram. Sağ olun.

X X X

Yüngül atletika üzrə 16 qat respublika çempionu Fikrət QAFAROV dövlətimizin başçısına minnətdarlıq edərək dedi:

- Möhtərəm cənab Prezident, icazə verin, rayonumuzun bütün gəncləri və idmançıları adından ürək sözlərimi ifadə edərək bizim Astaraya “Xoş gəlmisiniz!” deyim.

Sizin rayonumuza sayca beşinci səfəriniz gözəl bir ərəfəyə - Novruz bayramı günlərinə təsadüf edir. Bu doğma diyar da bahar gülləri, bahar çiçəkləri ilə Sizi qarşılayır. Gəlişiniz sevincimizə sevinc qatıb. Çünki bu səfərlərin hər biri rayonumuzda mühüm dəyişikliklərlə yadda qalır. Yeni-yeni obyektlərin təməli qoyulur, açılışlar edilir. Ötən il rayonumuzun sosial həyatının yaxşılaşdırılmasına xidmət edən iki tarixi Sərəncam imzalamağınız və il tamam olmamış ikinci dəfə rayonumuza səfər etməyiniz dediklərimizə əyani sübutdur. Bu səfərlərin hər biri rayon sakinlərinə, gənclərimizə və idmançılarımıza böyük uğurlar gətirir.

Möhtərəm cənab Prezident, bu gün Sizin rəhbərliyinizlə müstəqil Azərbaycanımız bütün sahələrdə sürətlə inkişaf edir. Qazanılan uğurlar bizi hədsiz sevindirir, yeni-yeni qələbələrə ruhlandırır. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev Azərbaycanın uğurlu inkişafında gənclərin rolunu xüsusi qeyd edərək, onlara böyük ümidlər bəsləyir, etimad göstərirdi. Bu ənənəyə sadiq qalaraq Siz də gənclərimizin hərtərəfli biliyə malik olması, mənəvi və fiziki cəhətdən sağlam yetişməsi üçün əvəzsiz xidmət göstərir, ulu öndərin ideyalarını layiqincə həyata keçirirsiniz.

Bu yaxınlarda - martın 2-də imzaladığınız Sərəncamınızla Azərbaycanda vətənpərvər, sağlam düşüncəli gənclərin yetişdirilməsi, onların azərbaycançılıq ruhunda tərbiyə olunması üçün Gənclər Fonduna 5 milyon manat vəsait ayırmağınız dediklərimizə bariz nümunədir. Ölkəmizdə idmanın inkişafı üçün bütün imkanlar yaradılmışdır. Dövlətimizin başçısı və Milli Olimpiya Komitəsinin prezidenti kimi göstərdiyiniz böyük diqqət və qayğının nəticəsidir ki, idmançılarımız ən nüfuzlu beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Dünya miqyaslı yarışlarda və Olimpiya oyunlarında idmançılarımızın qələbələri ilə dövlət himnimiz səsləndirilir, bayrağımız qaldırılır. Bu, əlbəttə, Sizin qayğınız və misilsiz əməyinizin bəhrəsidir. Buna görə də, cənab Prezident, Sizinlə birlikdə 2020-ci ildə keçiriləcək Yay Olimpiya oyunlarına da ev sahibliyi etmək arzusundayıq. Sərəncamınızla 2012-ci ilin “İdman ili” elan edilməsi ümumilikdə idmanımızın daha da inkişaf etdirilməsinə xidmət edir, idmançılarımıza yeni ruh verir. Buna tam əmin ola bilərsiniz ki, gənclərimiz “İdman ili”ində etimadınızı doğruldacaq, öhdələrinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcəklər.

Möhtərəm cənab Prezident, Azərbaycanın idman şöhrətinin artmasına astaralı idmançılar da həmişə layiqli töhfələr vermişlər. 1952-ci il Helsinki Olimpiadasının iştirakçısı Xandadaş Mədətov, ikiqat Avropa çempionu Aslan Ağayev, indi isə onların davamçıları olan ikiqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı, 2012-ci il London Olimpiadasına lisenziya qazanmış Cəbrayıl Həsənov, Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Sona Əhmədli və başqaları mötəbər yarışlarda Azərbaycanın üçrəngli bayrağını göylərə qaldırırlar. Ümumilikdə Astara idmançıları 2011-ci ildə 160 medal qazanmışlar. Bunlardan 92-si qızıl medaldır. Qazanılan medalların 16-sı beynəlxalq yarışların payına düşür. Özüm kross üzrə Azərbaycan rekordçusu, 16 dəfə Azərbaycan çempionu, 3 dünya, 3 Avropa çempionatının iştirakçısı və mükafatçısı olmuşam.

Möhtərəm cənab Prezident, regionumuzu nura qərq etmiş “Astara” modul tipli elektrik stansiyasının təməlqoyma mərasimində əhali ilə görüşdə gənclərimizin sağlam böyüməsi üçün rayonumuzda Olimpiya İdman Kompleksinin tikiləcəyinə söz vermişdiniz. Bu gün söz və işin vəhdətinin şahidiyik. Ötənilki səfəriniz zamanı rayon gənclərinə Gənclər evini hədiyyə etdiniz. Bu il isə açılışını etdiyiniz əzəmətli Olimpiya İdman Kompleksi ilə bizi yenidən sevindirirsiniz. Bu kompleksin məhz “İdman ili”ndə açılışı Astara gənclərinə, Astara idmançılarına ən gözəl hədiyyənizdir. Belə bir idman kompleksinin istifadəyə verilməsini biz çoxdan gözləyirdik. Siz bizi bu arzuya qovuşdurdunuz. Buna görə bütün astaralı gənclərin dərin minnətdarlığını və səmimi təşəkkürünü Sizə çatdırıram.

Burada müxtəlif növlər üzrə idmançıların yetişməsi, idman yarışlarının keçirilməsi üçün hər cür şərait vardır. Bir idmançı kimi Sizi inandırıram ki, gənclərimiz bu əvəzsiz töhfəyə cavab olaraq respublikamızın idman şöhrətini daha da yüksəklərə qaldıracaqlar. Onların sorağı dünyanın ən mötəbər idman arenalarından gələcəkdir. Yaradılmış şərait və imkanlardan istifadə edərək, dünya və Avropa miqyaslı yarışlarda bundan sonra da böyük uğurlar qazanacaq, Azərbaycan idmanına layiqli töhfələr verəcəyik.

Möhtərəm cənab Prezident, gənclərimiz göstərdiyiniz qayğıdan fərəhlənir, Sizi sevir, müstəqil Azərbaycanımızın bütün sahələrdə inkişafında ən yaxın köməkçilərinizdir. Tam əmin ola bilərsiniz ki, Azərbaycan gəncliyinin tərkib hissəsi olan Astara gəncləri daim Sizinlədir və həmişə Sizinlə olacaqlar. Diqqətinizə görə çox sağ olun.

X X X

Mərasim geniş konsert proqramı ilə davam etdi.

Konsertdə respublikamızın tanınmış incəsənət ustaları çıxış etdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir