PREZİDENT İLHAM ƏLİYEV UCAR-YEVLAX AVTOMOBİL YOLUNUN TIKINTİSI İLƏ TANIŞ OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də Gəncədən qayıdarkən “İpəkyolu”nun bir hissəsi olan Ucar-Yevlax avtomobil yolunun tikintisinin gedişi ilə taniş olmuşdur.
Nəqliyyat naziri Ziya Məmmədov və “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov məlumat verdilər ki, 53 kilometrlik bu yolun tikintisinə keçən ilin aprelindən başlanmışdır. Yolun 40 kilometrinin başa çatdırılması, gələn il isə tam istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Burada bir neçə körpü, o cümlədən Kür çayı üzərində 2 körpü salınacaqdır. Yol boyu 70 ədəd suötrücü, dörd yerdə mal-qarakeçidi tikiləcəkdir. Əsas Tikinti işlərini Türkiyənin “Polad Yol Yapı” şirkəti yerinə yetirir.
Prezident İlham Əliyev inşaatçılarla görüşdü, onlara bu magistral yolun dünya standartlarına uyğun tikilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.