RƏSMİ XRONİKA
Prezident İlham Əliyevin Abşeron rayonuna səfəri
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət VİDEO
Bakı, 3 oktyabr (AZƏRTAC). Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərinə gəldi.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə rayonda görülən işlər barədə məlumat verdi.