Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzində olub

Roma, 4 sentyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri bu ölkənin çoxsaylı kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olub.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində keçirilmiş görüşlər, Prezident İlham Əliyevin Çernobbio şəhərində “The European House - Ambrosetti” beyin mərkəzinin təşkil etdiyi beynəlxalq forumdakı çıxışı zamanı səsləndirdiyi fikirlər və yerli KİV-lərə açıqlamaları ilə bağlı İtaliya mətbuatında 100-dək məqalə, məlumat və videoreportaj yayımlanıb.

Qeyd edək ki, İtaliya KİV-ləri Azərbaycan Prezidentinin bu ölkəyə səfərindən öncə də səfərin əhəmiyyətinə və planlaşdırılan görüşlərin ikitərəfli əməkdaşlığın genişləndirilməsindəki önəminə geniş yer ayırıb.

Çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-İtaliya münasibətləri

Prezident İlham Əliyevin sentyabrın 1-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Nazirlər Şurasının Sədri Mario Draqi ilə görüşlərinə dair bu ölkənin “RAI” televiziya kanalında gün ərzində reportajlar yayımlanıb. Reportajlarda bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyi, görüşlərdə çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunduğu bildirilib.

Prezident Sercio Mattarella və Nazirlər Şurasının Sədri Mario Draqi ilə keçirilmiş görüşlərlə bağlı İtaliya Prezidentinin və Nazirlər Şurasının mətbuat xidmətlərinin məlumat və videoreportajları “La7”, “il Messaggero”, “İl Sole 24 Ore”, “Affari Italiani”, AGI”, “Agenzia Nova”, “Libero Quotidiano”, “Borsa Italiana”, “Italpress”, “Italia Informa”, “Notize Yahoo”, “Tg cal24”, “La Sicilia”, “Mi-lorenteggio”, “Gazzetta di Parma”, “L'Edicola del Sud”, “Blog Sicilia”, “Audio press”, “Giornale Partite Iva” kimi mətbuat orqanları da daxil olmaqla çoxsaylı kütləvi informasiya vasitələrində yayımlanıb.

Materiallarda Azərbaycan Prezidentinin İtaliyaya səfərinin əhəmiyyəti təhlil olunub və səfərin iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyi vurğulanıb.

İtaliya-Azərbaycan Universiteti - ikitərəfli münasibətlərdə yeni səhifə

Səfər çərçivəsində Prezident İlham Əliyevin Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin binasının açılışında iştirakı və İtaliya-Azərbaycan Universitetinin yaradılmasına dair imzalanmış sənədlərin mübadiləsi mərasimində söylədiyi fikirlərlə bağlı İtaliyanın aparıcı xəbər agentliklərindən olan “Askanews” tərəfindən hazırlanan və yayılan məlumatlar “Notize Yahoo”, “Notizie Accadero”, “Conquista del lavoro”, “Notizie Tiscali”, “Il Giornale d’Italia”, “Finance Yahoo”, “Agenzia Nova”, “Italpress” kimi mətbuat orqanlarında da dərc olunub.

Azərbaycan Prezidentinin çıxışı zamanı sənədlərin mübadiləsi mərasiminin Romanın tarixi məhəlləsində yerləşən səfirliyin yeni binasında keçirilən ilk tədbir olduğunu vurğuladığı, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aid olmasının İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi kimi qiymətləndirdiyi və iki ölkənin təhsil sahəsində genişmiqyaslı əməkdaşlığa başladığını qeyd etdiyi bildirilib. Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılması tarixi hadisə kimi qiymətləndirilib və bunun iki ölkənin dostluq əlaqələrinin mühüm nümunəsi olduğu vurğulanıb.

“İl Sole 24 Ore” qəzeti isə İtaliya-Azərbaycan Universiteti ilə bağlı geniş məqalə dərc edib. Məqalədə Prezident İlham Əliyevin fikirlərinə xüsusi yer ayrılıb. Qeyd olunub ki, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanın ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlər mübadilə edilib. Prezident İlham Əliyevin İtaliya-Azərbaycan Universitetinin İtaliya-Azərbaycan dostluğu mərkəzi olacağına əminliyini ifadə etdiyi qeyd olunub.

İki ölkənin çox güclü siyasi-iqtisadi əlaqələr qurduğu, İtaliyanın Azərbaycanın birinci ticarət tərəfdaşı olduğu və ötən il qarşılıqlı ticarət dövriyyəsinin 9,6 milyard, cari ilin yeddi ayında isə 11 milyard dollara çatdığı bildirilib.

Prezident İlham Əliyev: TAP-ın sərmayədarları boru
kəmərinin genişləndirilməsini müzakirə edirlər

İtaliyanın nüfuzlu qəzetləri və xəbər agentlikləri Prezident İlham Əliyevin sentyabrın 2-də Çernobbio şəhərində “The European House - Ambrosetti” beyin mərkəzinin təşkil etdiyi “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda əsas qonaq qismində iştirakına və beynəlxalq tədbirin plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı səsləndirdiyi fikirlərə geniş yer ayırıb. “Adnkronos”, “Notize Yahoo”, “La Ragione”, “Finance Yahoo”, “MSN”, “İl Sole 24 Ore”, “Finanza 24h”, “Ultime Notizie”, “Flamina&dintorni” kimi xəbər portallarında dərc olunan yazılarda Prezident İlham Əliyevin İtaliya ilə Azərbaycanın olduqca fəal siyasi dialoq qurduğunu, iqtisadi, enerji və təhsil sahəsində əlaqələrin inkişafını vurğuladığı bildirilib. Bir il yarım öncə istifadəyə verilən Trans-Adriatik (TAP) boru kəməri ilə Avropaya 13,5 milyard kubmetr təbii qaz nəql edildiyi, bu həcmin 11,7 milyard kubmetri İtaliyanın payına düşdüyü və cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəqlinin planlaşdırıldığı qeyd olunub.

Materiallarda Azərbaycan Prezidentinin ötürmə qabiliyyəti 10 milyard kubmetr olan TAP boru kəmərinin hazırda tam gücü ilə işlədiyini, bu həcmin ən azı 20 milyard kubmetrə çatdırılmasının zəruriliyini bildirdiyi, bunun üçün əlavə maliyyə vəsaiti tələb edildiyini və Azərbaycanın investor kimi buna hazır olduğunu, lakin digər investorların da bu işdə iştirakının zəruriliyini qeyd etdiyi vurğulanıb. Prezident İlham Əliyevin Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Azərbaycanın qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan çox ölkədən rəsmi müraciət aldığını qeyd etdiyi bildirilib.

Azərbaycan Prezidenti: Avropaya təbii qaz ixracını
iki dəfə artırmağa hazırıq

Prezident İlham Əliyev səfər çərçivəsində İtaliyanın ən nüfuzlu mətbuat orqanlarından olan “İl Sole 24 Ore” qəzetinə geniş müsahibə verib. Müsahibə qəzetin həm çap versiyasında, həm də internet səhifəsində dərc olunub.

Azərbaycan Prezidenti müsahibəsində ölkəmizin təsdiq edilmiş təbii qaz ehtiyatlarının həcminin 2,6 trilyon kubmetr təşkil etdiyini, Avropaya nəql edilən qazın həcminin iki dəfə artırılmasının nəzərdə tutulduğunu, İtaliya, Yunanıstan və Bolqarıstanla müqavilələrin imzalandığını, qitənin digər ölkələrinə qaz nəqlinin qiymətləndirildiyini bildirib. Prezident İlham Əliyev İtaliyanın Azərbaycanın karbohidrogen resurslarını Avropanın digər yerlərinə ötürəcək ölkə olacağına əminliyini ifadə edib.

İtaliya şirkətlərinin işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev bunun iki ölkənin münasibətlərimizin nə dərəcədə yaxın olduğunu göstərdiyini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda bərpaolunan enerji-külək, günəş və su elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətini dəvət etmək üçün böyük planların olduğunu vurğulayıb. İtaliya şirkətlərinin Azərbaycan tərəfindən maliyyələşdirilən və Azərbaycanda İtaliya şirkətlərinin icra etdiyi müqavilələrin dəyərinin 10 milyard dollardan çox olduğu qeyd edilib.

Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yaxşı təmsil olunduğunu vurğulayıb. İki ölkənin əlaqələrinin enerji və ticarət sahələri ilə məhdudlaşmadığını bildirən Azərbaycan Prezidenti ADA Universiteti və İtaliyanın beş universiteti əməkdaşlığı başladığını, İtaliya-Azərbaycan Universitetinin binası inşa edildiyini və 2024-cü ilin sonunadək hazır olacağını deyib.

İtaliya və Azərbaycan strateji tərəfdaşlığın gücləndirilməsinə doğru

Azərbaycan Prezidentinin səfərinin yekunları ilə bağlı İtaliyanın nüfuzlu “il Giornale” qəzetində analitik məqalə dərc olunub. Habelə “Askanews” xəbər agentliyinin səfər vaxtı Prezident İlham Əliyevin iştirak etdiyi tədbirlərdə söylədiyi fikirlər, keçirdiyi görüşləri ilə bağlı məqalə və videoreportajlar hazırlayıb. Həmin məlumatlar İtaliyanın çoxsaylı mətbuat orqanları, o cümlədən “İl Sole 24 Ore”, “il Messaggero”, “Quotidiano”, “Notizie Tiscali”, “Affari İtaliani”, “il Dolomiti”, “Virgilio”, “Notizie Tiscali”, “Tiscali TV”, “il Tempo”, “Notizie Yahoo”, “Finance Yahoo”, “il Giornale d’Italia”, “MSN”, “Libero Quotidiano”, “Today”, “Notizie” və digər kütləvi informasiya vasitələri tərəfindən də yayılıb.

Habelə “Kmetro0”, “Scenari Internazionali”, “Sardegnagol”, “Giornale Diplomatico”, “Gazzetta Diplomatica”, “Globus Magazine”, “Agenzia Nova” kimi mətbuat orqanlarında da səfərlə bağlı geniş məqalələr dərc olunub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr