PREZİDENT İLHAM ƏLİYEVİN REYTİNQİ YÜKSƏK OLARAQ QALIR
Rəyi soruşulanların 82,8 faizi Prezident İlham Əliyevin fəaliyyətini yaxşı qiymətləndirdiyini, 74,1 faizi daha çox Prezidentə etibar etdiklərini bildirmişdir. “Prezident seçkiləri yaxın bazar günü keçirilsəydi, kimə səs verərdiniz?” sualına cavab verərkən respondentlərin 72,2 faizi İlham Əliyevin adını çəkmişdir.
Sorğuda iştirak edənlərin 65,3 faizi əmin olduğunu bildirmişdir ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünün pozulmasına razı olmayacaqdır.
Prezident İlham Əliyevin bu yaxınlarda Qarabağ bölgəsinə səfərinə münasibət bildirən respondentlərin 71 faizi bunu çox yaxşı qiymətləndirdiyini demişdir. Bundan əlavə, rəyi soruşulanların 84,4 faizi Prezidentin cəbhə bölgəsinə səfərinin Azərbaycan Ordusunun döyüş qabiliyyətinə müsbət təsir göstərdiyinə inamını bildirmişdir.
“Sizcə Azərbaycan ordusu işğal olunmuş əraziləri hərb yolu ilə azad etməyə qadirdirmi?” sualına respondentlərin 58,4 faizi bəli, 20,4 faizi qismən bəli cavabı vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
- 10.10.2026 [11:18]
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib
- 10.10.2026 [01:21]