Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri başa çatıb YENİLƏNİB
Soçi, 1 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri sentyabrın 1-də başa çatıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Soçi Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Soçi şəhərinin meri Anatoli Paxomov və digər rəsmi şəxslər yola saldılar.