Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentə yazırlar: Azərbaycanın inkişafı istiqamətində gördüyünüz işlər xalqımız tərəfindən minnətdarlıqla qarşılanır

Prezidentə yazırlar: Azərbaycanın inkişafı istiqamətində gördüyünüz işlər xalqımız tərəfindən minnətdarlıqla qarşılanır

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Şəmkir rayonunun Bayramlı kəndindən Mətanət Quliyeva yazır: “Möhtərəm cənab Prezident, həyatımı dəyişən xəbəri və o günü xatırladıqca ilahi ədalətin var olduğuna bütün ruhumla təkrar-təkrar inanıram. Həyat qayğılarımın hökm sürdüyü və ömrümün eniş dövründə, üstəlik, bütün bunlardan əlavə, sağlamlığımın mənimlə savaşa qalxdığı bir vaxtda bir xəbər oxudum: Prezident mükafatçısı olmuşam. Həmin anı və o anın yaşatdığı hissləri ifadə etməyə nə mənim, nə də qələmimin gücü çatar. Təkcə onu deyim ki, o xəbər yaralarıma məlhəm, yorğunluqdan bükülən dizlərimə güc oldu, məni həyata bağladı, mübarizəyə səslədi. Bütün bunlara görə Sizə minnətdaram, cənab Prezident! Əlilliyi olan şəxslər üçün yaratdığınız çoxlu imkanlar və bu istiqamətdə aparılan işlər bir daha imkan yaradır ki, bu qəbildən olan hər bir şəxs cəmiyyətdə öz yerini tutsun. Ürəklə deyə bilərəm ki, bu gün mənim kimi gənclərin hədəflərinə doğru addımlaması üçün heç bir əngəl yoxdur. Bizim Sizə, Sizin qayğınıza hər zaman ehtiyacımız var”.

Xocalı rayonundan məcburi köçkün Vaqif Behbudov: “Hörmətli cənab Prezident, ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycanımız gündən-günə inkişaf edir. Bu inkişaf məhz Sizin zəhmətinizin, siyasi iradənizin sayəsində gerçəkləşir. Mən şəhid oğluyam, atamın şəhid olmasından üç ay sonra dünyaya gəlmişəm. Atamın adını mənə qoyublar və bununla fəxr edirəm. Həm də ona görə fəxr edirəm ki, dünyanın heç bir ölkəsində şəhid ailəsinə bu qədər diqqət və qayğı göstərilmir. Bu qayğını Sizin yürütdüyünüz uğurlu sosial siyasətin məntiqi nəticəsi kimi qiymətləndirmək olar. Şəhid ailələrinin hər birinə göstərilən diqqət və qayğı bizlərdə qürur, fərəh hissi yaradır. Siz çıxışlarınızda hər bir şəhidin və onun ailəsinin Azərbaycan dövləti və xalqı üçün son dərəcə dəyərli olduğunu qeyd edirsiniz. Sizin şəhid ailələri ilə görüşləriniz bu qayğının tükənməz olduğunu göstərir. Buna görə də bizim - şəhid ailələrinin yaşayışı ildən-ilə yaxşılaşır. Biz şəhid ailələrinin problemlərinin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən məmnunluq hissi duyuruq və əhatə olunduğumuz qayğıya görə Sizə minnətdarlığımızı bildiririk”.

Sumqayıt şəhərindən Rasim Məmmədov və Səidə Məmmədova yazırlar: “Zati-aliləri cənab Prezident, Sizin rəhbərliyinizlə korrupsiya hallarına qarşı həyata keçirilən sərt tədbirlər bizi çox sevindirir. Bu işləri diqqətlə seyr edir, ulu öndər Heydər Əliyevin vaxtında olduğu kimi, sağlam ab-havanın yarandığını duyuruq. Əsas isə odur ki, Siz bu yolda qətiyyətli və dönməzsiniz, eynilə atanız kimi... Sizin bu iradəniz bir çoxlarının yuxusuna haram qatıb. İstər xaricdə, istərsə də daxildəki düşmənlərimiz Azərbaycanın bu uğurlarını həzm edə bilmirlər, edə də bilməzlər. Çünki Sizin rəhbərliyinizlə qazanılan uğurlar onların boğazına sanki bir sümük kimi tıxanıb. Bilin ki, bütün xalq Sizə inanır. Bu xalq ümummilli liderimiz Heydər Əliyevin bir kəlməsi ilə 1994-1995-ci illərdə Azadlıq meydanına toplaşıb onunla bir olduğunu bütün dünyaya göstərdiyi kimi, Sizin də bir kəlmənizlə meydana çıxıb arxanızca getməyə hər zaman hazırdır. Allah Sizi qorusun!”.

Bakının Nərimanov rayonundan Füzuli Hacıyev: “Çox hörmətli cənab Prezident, mən Sizin “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında 2020-ci il 8 iyun tarixli Sərəncamınızı oxuyarkən qəlbim çox böyük fərəh və qürur hissi ilə doldu. Çünki nəinki Qafqazda və Azərbaycanda, habelə bütün dünyada çox nadir tarixi mədəniyyət nümunəsinə yeni həyat vermək ancaq Sizin kimi torpağını, tarixini sevən böyük şəxsiyyətlərə qismət olur. Möhtərəm cənab Prezident, Beşbarmaq dağı çox böyük bir tariximizin möhtəşəm bir parçasıdır. Bu müqəddəs məkanda Musa və Xızır peyğəmbərlərin görüşdüyü yer, eramızın əvvəllərində tikilmiş Beşbarmaq səddi və saymaqla bitməyən digər tarixi abidələr yatır. Sizə çox böyük minnətdarlığımı bildirirəm, əziz Prezidentim! Tarixə münasibətin möhtəşəm nümunəsi budur”.

Mingəçevir şəhərindən Əvəz Haqverdiyev: “Möhtərəm Prezident, ümummilli liderimiz Heydər Əliyevin daimi diqqət və qayğısı ilə inkişaf edən Mingəçevir bu gün Sizin həyata keçirdiyiniz siyasət nəticəsində özünün yüksəliş dövrünü yaşayır. Ölkə energetikasının flaqmanı olan “Azərbaycan” İES-in yenidən qurulması barədə verdiyiniz tapşırıq uğurla yerinə yetirilir. Artıq əsaslı təmir və bərpa işləri yekunlaşmaq üzrədir. “Azərbaycan” İES-in indiki görkəmi, orada aparılan işlər təqdirəlayiqdir. Aparılan bu işlərə görə, cənab Prezident, Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun!”.

Tərtər rayonundan Emin Pənahov: “Cənab Prezident, rayonumuzda tərtərli gənclərin və idmançıların uzun illərdən bəri həsrətində olduğu möhtəşəm Olimpiya İdman Kompleksinin tikilib istifadəyə verilməsi bizə sonsuz sevinc hissləri yaşatdı. Bu Olimpiya İdman Kompleksi tərtərli gənclərin sağlam həyat tərzi sürmələrində, onların idmana marağının artmasında mühüm rol oynayacaq. Kompleksdə olan müxtəlif idman yarışlarının keçirilməsi üçün universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu gənclərimizin ölkə daxilində və beynəlxalq arenada keçirilən idman yarışlarında uğur qazanmalarına zəmin yaradır. Biz idman yarışlarına ev sahibliyi də edəcəyik, idmanın kütləviliyini təmin edərək, gənclərimizin fiziki və mənəvi sağlamlığını qoruyacağıq. Cənab Prezident, cəbhə bölgəsində yaşayan gənclərə göstərdiyiniz diqqət və qayğıya görə Tərtər rayonunun çoxsaylı gəncləri və idmançıları adından Sizə minnətdarlığımızı bildiririk. Gənclərimiz bütün sahələrdə Sizin diqqət və qayğınızı hiss edir və Sizi dəstəkləyirlər. Tanrı Sizi qorusun!”.

Bakı şəhərinin Xəzər rayonundan Səxavət Məcnunov: “Hörmətli cənab Prezident, Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artması istiqamətində gördüyünüz işlər, apardığınız daxili və xarici siyasət, habelə ölkədaxili genişmiqyaslı islahatlar xalqımız tərəfindən minnətdarlıqla qarşılanır. Dünyada yayılmış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin apardığınız tədbirlərin nəticəsində ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar ölkə əhalisi tərəfindən müsbət qarşılanır və layiqincə yerinə yetirilir. Görülən bütün bu işlər Sizin tərəfinizdən vətəndaşlara göstərilən diqqət və qayğıdan irəli gəlir. Bir hərbçi olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə tezliklə torpaqlarımız düşmən tapdağından azad olacaq və dünyanı cənginə alan bu bəladan da tezliklə qurtulacağıq. Sizin sayənizdə Böyük Vətən müharibəsi iştirakçılarının ailələrinə verilən birdəfəlik müavinətə görə Sizə təşəkkürümüzü bildiririk. Ölkə vətəndaşlarının sağlamlığını, rifahını, ölkəmizin güclü iqtisadiyyata, ordumuzun dövlətlər arasında nüfuzlu yerə yüksəlməsində gördüyünüz işlərə görə Xəzər rayonunun sakinləri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından Sizə və ailənizə xoşbəxtlik, cansağlığı, yeni-yeni uğurlar arzulayıram. Biz həmişə Sizinləyik!”.

Mingəçevir şəhərindən Humay Baxışova, Tural Kərimov və Kamal Nəcəfli yazırlar: “Hörmətli cənab Prezident, Sizin tapşırıq və tövsiyələrinizə uyğun olaraq “Azərbaycan” İstilik Elektrik Stansiyasında aparılan yenidənqurma işləri uğurla davam etdirilir. Sizin rəhbərliyinizlə ölkəmizdə energetika sənayesi sürətlə inkişaf edərək, yeni mərhələyə qədəm qoyub. Azərbaycan enerjini ixrac edən ölkəyə çevrilib. Dövlətimizin davamlı inkişafının göstəricisi olaraq görülən işlər biz gəncləri sevindirir və qürurlandırır. Cənab Prezident, Mingəçevir gəncləri gördüyünüz misilsiz işləri bütünlüklə dəstəkləyirlər. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, uğurla irəlilədiyiniz yolda yeni müvəffəqiyyətlər arzulayırıq. Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, işlərinizdə nailiyyətlər diləyirik”.

Sabirabad rayonunun Xəlfəli kəndindən Yavər Şükürov: “Azərbaycan xalqının sevimli Prezidenti, cənab Ali Baş Komandan, bu ağır dövrdə Sizin vaxtında atdığınız addımlar, xalqın sağlamlığının qorunmasına yönəlmiş siyasət sayəsində koronavirus bəlasının caynağından tezliklə xilas olacağımıza böyük inam bəsləyirik. Hər bir işinizə görə şəxsən öz adımdan və ailəm adından Sizə minnətdarlığımızı bildirirəm. Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Siz daim xalqın yanındasınız. Bəzi şəxslər özlərini xalqa canıyanan kimi göstərməyə çalışsalar da, əslində, xalqımız onlardan heç vaxt bir xeyir görməyib. Sizi ona görə çox istəyirik ki, sözünüzlə əməliniz vəhdət təşkil edir. Fəaliyyətiniz əhalinin qayğı ilə əhatə olunmasında öz əksini tapır. Allah Sizi və ailənizi, bütün yaxınlarınızı qorusun. Biz Sizinlə fəxr edirik və hər zaman yanınızdayıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib