PREZİDENTİN SƏFƏRİ MİNGƏÇEVİRLİLƏRİN QƏLBİNDƏ SİLİNMƏZ XATİRƏYƏ ÇEVRİLDİ
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Məhəbbət Qarabağlı Azərbaycan Prezidenti İlham Əliyevin müşavirədə və məcburi köçkünlər üçün salınmış qəsəbənin açılış mərasimində söylədiyi nitqlərdən irəli gələn vəzifələrin, ayrı-ayrı kollektivlərdə keçirdiyi görüşlərdə verdiyi tövsiyə və tapşırıqların icrası ilə əlaqədar geniş məruzə etmişdir.
Məruzədə və çıxışlarda ölkə rəhbərinin Yevlax və Mingəçevirə səfəri onun regionların hərtərəfli inkişafına göstərdiyi ciddi qayğının təzahürü kimi vurğulanmışdır. Şəhər ictimaiyyətinin nümayəndələri dövlət başçısının onların qayğı və problemləri ilə yaxından maraqlanmasını yüksək qiymətləndirmiş, bu görüşlərin onların qəlbində silinməz xatirəyə çevrildiyini bildirmişlər.
Azərbaycan Prezidentinin Mingəçevirin sosial-iqtisadi, mədəni tərəqqisi ilə əlaqədar qarşıya qoyduğu vəzifələrin bütünlüklə yerinə yetirilməsi üçün konkret tədbirlər müəyyən edilmişdir.