Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO
Bakı, 4 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb.
AZƏRTAC xəbər verir ki, paylaşımda dövlətimizin başçısının bu fikirləri yer alıb:
"Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı".