“Pxençan-2018” Qış Olimpiya Oyunlarına biletlərin 60 faizi satılıb
Bakı, 24 dekabr, AZƏRTAC
Gələn ilin fevralında Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək Qış Olimpiya Oyunları üçün biletlərin 60 faizi satılıb.
AZƏRTAC oyunların təşkilat komitəsinin məlumatına istinadla xəbər verir ki, idmansevərlər “Pxençan-2018”in yarışlarını izləmək üçün satışa çıxarılan 1 milyon 70 min biletdən 655 minini artıq alıblar. Ayrı-ayrı yarışlara gəldikdə, ən çox bilet (81 faiz) dağ-xizək yarışlarına satılıb. Olimpiya Oyunlarının fevralın 9-da baş tutacaq açılış mərasimi üçün satışa çıxarılan biletlərin 67 faizi alınıb.
Martın 9-18-də Pxençanda keçiriləcək Qış Paralimpiya Oyunları üçün isə hələlik 37 faiz bilet satılıb.
Fevralın 9-dan 25-dək keçiriləcək növbəti Qış Olimpiya Oyunlarında idmançılar rekord sayda - 102 dəst medal uğrunda mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]