Qadın futbolunda çalışan məşqçilərə diplomlar təqdim olunub
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə qadın futbolunda çalışan məşqçilər üçün “C” kateqoriyalı kurs keçirilib.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, kurslar təlimatçı Aslan Kərimovun, 19 və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandalarının baş məşqçiləri - Vüqar Əsgərli və Zamir Həsənovun iştirakı ilə təşkil edilib.
Sentyabrın 6-da AFFA-nın futbol akademiyasında kursu müvəffəqiyyətlə başa vuran məşqçilərə müvafiq diplomlar təqdim olunub.