QAFQAZ ÇAYÇILIQ ASSOSİASİYASI TƏSİS EDİLMİŞDİR
İyulun 12-də “Biznes və İnkişafın Qafqaz Şəbəkəsi” beynəlxalq təşkilatının Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirdiyi Qafqaz çayçılarının birinci konqresi başa çatmışdır.
Tədbirdə Qafqaz Çayçılıq Assosiasiyası təsis edilmiş və Azərbaycan Çayçılar Assosiasiyasının prezidenti Fərman Quliyev yeni qurumun rəhbəri seçilmişdir.
Fərman Quliyev AZƏRTAC-a bildirmişdir ki, tədbirin keçirilməsinin əsas məqsədi Gürcüstan, Rusiya və Azərbaycanda çayçılığın vəziyyəti ilə tanışlıq, qarşıda duran problemlər, bu problemlərə qarşı birgə mübarizə sisteminin yaradılması, çayçılığın ənənələrinin qorunması məsələləri idi. Demək lazımdır ki, keçmiş Sovet İttifaqının əsas çay bazası olmuş Gürcüstanda, eləcə də respublikamızda hazırda çayçılıqla bağlı vəziyyət qənaətbəxş deyildir. Lakin bu problemləri həll etmək, çətin vəziyyətdən çıxmaq üçün çayçı alim və mütəxəssislərimiz, lazimi qüvvəmiz vardır.
F.Quliyev konqres iştirakçılarının “Azərsun Holdinq” şirkətlər qrupunun “Sun-Tea Azərbaycan” çay qablaşdırma fabrikinin işi ilə tanış olduqlarını və qurumun prezidenti Abdolbari Goozal ilə görüşdüklərini də söyləmişdir.
Qafqaz çayçılarının ikinci konqresinin Tbilisidə keçirilməsi nəzərdə tutulmuşdur.
Qeyd edək ki, konqres çərçivəsində bu gün Bakı dəniz vağzalında müxtəlif çay növlərinin dequstasiyası da təşkil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]