QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNDƏ GÖRÜŞ
![]()
AZƏRTAC xəbər verir ki, avqustun 15-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında Amerika Yəhudi Komitəsinin icraçı direktoru Deyvid Harrisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Şeyxülislam dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda müxtəlif dinlərin dinc yanaşı fəaliyyət göstərməsindən danışmış, ölkəmizdə məscidlərlə bərabər, kilsələr və sinaqoqlar tikildiyini bildirmişdir.
A.Paşazadə xatırlatmışdır ki, ölkəmizdə dözümlülük həmişə olmuşdur. Bunun dövlət səviyyəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur və hazırda həmin xətti Prezident İlham Əliyev uğurla davam etdirir.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan A.Paşazadə demişdir ki, ölkəmizin əzəli torpaqlarını zəbt etmiş ermənilər münaqişəni dünya ictimaiyyətinə dini qarşıdurma kimi təqdim etməyə çalışırlar.
Deyvid Harris Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olması xoş təəssürat yaratdığını bildirərək demişdir ki, burada müxtəlif dini konfessiyaların nümayəndələrinin belə mehriban münasibəti, əməkdaşlığı məmnunluq doğurur. Azərbaycanda yəhudilər üçün də çox gözəl şərait yaradılmışdır.
Görüşdən xatirə olaraq qonaqlara hədiyyələr təqdim edilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]