Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO
Şuşa, 15 iyun, AZƏRTAC
Şuşada belə mühüm və vaxtında təşkil edilmiş konfransın keçirilməsinə görə Azərbaycanı təbrik edirəm.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Pakistanın Muslim İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi və xüsusi nümayəndəsi Malik Asif Tanver “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Regional layihələr və transsərhəd əməkdaşlıq: dayanıqlı sülhün iqtisadi əsasları” adlı panel sessiyada səsləndirib.
"Bu gün - 15 iyun Azərbaycan tarixində adi bir gün deyil. Bu gün Azərbaycanın Milli Qurtuluş Günüdür. Məhz bu əlamətdar gündə konfrans Azərbaycanın hər hansı başqa şəhərində deyil, Şuşada keçirilir. Çünki Şuşa adi bir şəhər deyil. Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir, dayanıqlılığın simvoludur, əməkdaşlıq və inkişafın rəmzidir", - deyə o vurğulayıb.