QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN MÜRACİƏTİ
Möhtərəm mömin qardaş və bacılarımız!
Hicri-qəməri təqvimlə 1426-cı il başa çatmışdır. Yeni 1427-ci ilin ilk günü – Məhərrəm ayının 1-i miladi təqvimlə 2006-cı il yanvarın 31-nə, Aşura günü isə fevralın 9-na təsadüf edir. Məhərrəm ayının girməsi ilə təziyə günləri – İslamın tarixinə ən acı və kədərli, eyni zamanda qəlblərə arxayınlıq, iftixar və şərəf hissi gətirən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında təzələnməsi, bir daha yaşanılması günləri başlanır. İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi, onunla ruhani bir görüş mənəvi saflıq, təmizlik və paklıq üçün həmişə bir vəsilə olmuşdur.
Təziyə günləri təkcə matəm günləri olaraq qalmır. Bu günlərin ibrətamizliyi ondadır ki, müsəlmanlara bəd əməllərdən peşmançılıq, Allah qarşısında tövbəkarlıq, xudbin niyyətləri bir yana qoyub bir-birinə hörmət etmək, birliyə üz tutmaq dərsləri verir. Kərbəla hadisələrinin yad edilməsində başlıca hikmət Haqq, Ədalət, İman, Vətən və Torpaq uğrunda şəhidliyə, fədakarlığa hazırlıq ruhunun tərbiyə edilməsi ilə bağlıdır. Torpaqları işğal altında olan, yüz minlərlə qaçqını və köçkünü olan bir xalqın İslamın şəhidlik fəlsəfəsinin mahiyyətini dərk etməyə, dərindən anlamağa böyük ehtiyacı vardır. Bu fəlsəfə bizə indiki şəraitdə izzət-nəfsimizi qorumaq, şərəflə yaşamaq, dövlətimizin başçısı ətrafında sıx birləşərək torpaqlarımızın bütövlüyünü, Vətənimizin çiçəklənməsini təmin etmək dərsi verir.
Qafqaz Müsəlmanları İdarəsi bildirir ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığı İmamın şəninə layiq keçirilməli, əzadarlar qan çıxarmaqla özlərinə xəsarət yetirməməli, bunu digərlərinə də təlqin etməli, müqəddəs yerlərə gələnlər nizam-intizamı gözləməlidirlər. Bu ağır matəmin mahiyyətini yetərincə dərk etməyən azyaşlı uşaqların mərasimdə iştirakı məqbul sayılmır. Aşura mərasimi yalnız məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.
Son illər Aşura günü Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün İmam Hüseyn əleyhissəlam və şəhidlərimiz naminə qan verilməsi ən münasib təziyədarlıq nümunəsi kimi örnək olmalıdır. Ümid edirik ki, bu il də dindarlarımız Allahın izni ilə bu insanpərvərlik ənənəsinə ləyaqətlə əməl edəcəklər.
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
MÜƏLLİFLƏ ƏLAQƏ
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]
Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb
- 08.10.2026 [19:02]
Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH
- 08.10.2026 [19:01]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:52]
Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb
- 08.10.2026 [18:51]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [18:49]
Neft qiymətləri yenidən kəskin yüksəlib
- 08.10.2026 [18:35]
Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib
- 08.10.2026 [18:22]
Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
- 08.10.2026 [18:18]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:56]
Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ
- 08.10.2026 [17:51]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [17:50]
Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək
- 08.10.2026 [17:48]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:43]
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
- 08.10.2026 [17:33]
Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir
- 08.10.2026 [17:19]
“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub
- 08.10.2026 [17:16]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:15]
Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”
- 08.10.2026 [17:13]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:11]
Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:03]