Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN QAZILAR ŞURASI VƏ ELMİ-DİNİ ŞURASININ AZƏRBAYCAN DİNDARLARINA MÜRACİƏTİ

Bismillahir-rəhmanir-rəhim!

Biz Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının üzvləri, bu müraciətimizi Azərbaycanın bütün din xadimlərinə, ölkəmizdə təmsil olunmuş dinlərin nümayəndələrinə ünvanlayır və bildiririk ki, Allah təbarəkə və təala insanı faili-muxtar, ixtiyar və seçim sahibi yaratmış və onu məhz bu seçkisi üçün məsuliyyətli etmişdir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyev həzrətlərinin Referendum haqqında fərmanı bütün azərbaycanlılar kimi ölkəmizin dindarlarını da məsuliyyətli seçim qarşısında qoymuşdur. Azərbaycanın gələçək inkişafı, dünya dövlətləri sırasında məqamı, xalqımızın rifahı Referendumun nəticələrindən çox asılı olacaqdır. Belə hesab edirik ki, Referenduma çıxarılan məsələlər son dərəcə aktual və mühüm məsələlərdir və bu məsələlərlə bağlı Konstitusiyaya dəyişikliklər edilməsi vətəndaşların hüquq və azadlıqlarının, o cümlədən etiqad azadlığının da genişlənməsinə, Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğunun sürətlənməsinə xidmət edəcəkdir.

Xüsusilə qeyd olunmalıdır ki, 24 avqust 2002-ci il Referendumu Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər və ölkənin İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa konvensiyasına qoşulmasından irəli gələn tələblərlə bağlıdır və Azərbaycan Respublikasının Konstitusiyasına, həmçinin Referendum haqqında Qanuna müvafiq olaraq keçirilir.

Dindarların nəzərinə belə bir önəmli cəhəti çatdırmaq istərdik ki, Referendumda Konstitusiyaya dəyişikliklərlə bağlı məsələləri möhtərəm Prezidentimiz Heydər Əliyev müəyyən etmiş və irəli sürmüşdür. Qəti əminik ki, bu cəhət, inşaallah, Referendumun nəticələrinə müsbət təsir göstərəcəkdir. Çünki 1993-cü ildə də, 1998-ci ildə də Prezidenti dəstəkləyən, onun seçilməsində fəal iştirak edən - respublika əhalisi ilə bərabər, onun ayrılmaz hissəsi olan biz dindarlar olmuşuq və inanmışıq ki, Allah onu bizdən ötrü bəyənib seçmiş, bilik və siyasətcə ona üstünlük vermişdir, çünki Allah Öz mülkünü istədiyinə verər. Bu məsələdə dindarların mövqeyi Qurani-Kərimin belə bir hökmünə əsaslanır: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin!..” (ən-Nisa, 59).

Həyat özü göstərir ki, Prezidentin təklifi əsasında taleyüklü məsələlərin həlli ilə bağlı dövlət sənədlərində edilən dəyişikliklər sayəsində ölkədə hərc-mərcliyin və özbaşınalığın qarşısı alınmış, sabitlik bərqərar olunmuş, beynəlxalq aləmdə respublikamızın imiçi yüksəlmiş, iqtisadiyyatımızda nailiyyətlər əldə edilmiş və xarici siyasətimizdə uğurlar qazanılmışdır. Dini etiqad azadlığı haqqında Qanuna Prezidentin təşəbbüsü və təklifi ilə edilən əlavə və dəyişikliklər bunun ən gözəl nümunələrindən biridir.

Bir sözlə, ömrünü, bütün varlığını xalqa xidmətə, doğma Azərbaycanımızın çiçəklənməsinə həsr edən, zəmanəmizin ən müdrik və dünya miqyaslı siyasətçiləri sırasında özünəməxsus yer tutan cənab Heydər Əliyevin bu təklifləri də, şübhəsiz ki, ümumxalq mənafeyinə yönəldiyi üçün təsirli və faydalı olacaqdır.

Müraciətimiz dindarlara yönəlmiş olduğundan belə bir cəhəti diqqətə çatdırmaq istəyirik ki, Referendumun keçirilməsi bütün səmavi dinlərin, o cümlədən müqəddəs dinimiz olan İslamın da demokratik ənənələrinə tam cavab verir, xüsusilə İslamın Şura prinsipi ilə həmahəng səslənir. Bu prinsip Allah-təbarəkə və təalanın Öz Kitabında Peyğəmbəri Mühəmmədə - səlləlahu əleyhi və alihi və səlləm - belə bir əmri ilə bağlıdır ki, bütün işlərdə xalq ilə məsləhətləşsin, məşvərət etsin, insanların fikrini öyrənsin, sonra isə Allaha təvəkkül edərək iş görsün (Ali-İmran, 159). Qurani-Kərimdə Allaha iman gətirib namaz qılanlar “işlərini öz aralarında məsləhət-məşvərətlə görənlər” kimi səciyyələndirilirlər (əş-Şura, 38). Müasir şəraitdə Referendum belə bir ümumxalq məsləhətləşməsinin əyani təzahürü ola bilər.

Referendumun keçirilməsi İslamın “yaxşılıq əmr etmək və pislikdən çəkindirmək” prinsipinə də müvafiqdir. Bu prinsipə əsasən yaxşını pisdən ayırmaq, ətrafdakı hadisələrə münasibətini bildirmək müsəlmanın borcudur.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası ürəklərində Allah, Peyğəmbər və Vətən sevgisi olan bütün yurddaşlarımızı Azərbaycanda demokratik dövlətçilik ənənələrinin möhkəmlənməsi, haqqın-ədalətin təntənəsi, gələcək nəsillərimizin asudəliyi və səadəti naminə Referendumda hamılıqla və fəal iştirak etməyə çağırır və əmin olduqlarını bildirirlər ki, Referendum, inşaallah, ölkədə sabitliyin qorunub saxlanması, Azərbaycanın qabaqcıl inkişaf etmiş demokratik dövlətlər sırasında özünə layiq yer tutması yolunda daha bir uğurlu addım olacaqdır.

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!

Bakı, 1 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlon Mask tarixdə ilk trilyonçu olub

Konqo Demokratik Respublikasının milli komandasına ABŞ-yə getməyə icazə verilib

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib