Qafqaz Universitetinin mühəndislik fakültəsinin tələbələri “Eko-park”da olmuşlar
Bakı, 29 mart (AZƏRTAC). Martın 29-da Qafqaz Universitetinin mühəndislik fakültəsinin bir qrup tələbəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin Qala qəsəbəsində yerləşən “Ekoloji park”nda olmuşlar.
AZƏRTAC xəbər verir ki, əvvəlcə “Eko-mərkəz”də tələbələrə “ARDNŞ-in Ekoloji layihələri” mövzusunda təqdimat materialı nümayiş etdirilmiş, “Eko-park”ın yaradılma məqsədi, təyinatı, parkın istehsalat sahələri və infrastrukturu barədə ətraflı məlumat verilmiş və onlara istehsal prosesi ilə əyani tanış olmaq üçün müvafiq şərait yaradılmışdır.
Mərkəzdə Ekologiya İdarəsinin 2013-cü il üzrə iş proqramına daxil olan ekoloji maarifləndirmə tədbirləri haqqında müzakirələr aparılmış və gələcəkdə belə tədbirlərin mütəmadi davam etdirilməsi qərara alınmışdır.
Sonda tələbələr “Eko-mərkəz” və qapalı şitilxana kompleksində yerləşən toxum şöbəsində, böyütmə şöbəsində və dekorativ bitkilər üçün oranjereyada yetişdirilən eldar şamı, Şərq tuyası, Avropa zeytunu, Lənkəran akasiyası və digər növ bitkilərlə tanış olmuşlar.
Elektrik enerji təchizatının alternativ enerji mənbələri hesabına ödənilməsi məqsədi ilə parkda quraşdırılan 4 ədəd külək generatoru və günəş panellərinin iş rejimi gənclərdə maraq doğurmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:45]
Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub
- 02.10.2026 [21:40]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [21:38]