Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qanunsuz silahlı birləşmələrin Qarabağdan çıxarılması ümumilikdə Avrasiyanın da təhlükəsizliyinə töhfə oldu- ŞƏRH

Qanunsuz silahlı birləşmələrin Qarabağdan çıxarılması ümumilikdə Avrasiyanın da təhlükəsizliyinə töhfə oldu- ŞƏRH

Bakı, 5 avqust, AZƏRTAC

İkinci Qarabağ müharibəsinin yekunu olaraq imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Ermənistan üzərinə götürdüyü öhdəlikləri bir müddət sonra yerinə yetirməkdən boyun qaçırmağa başladı. Bəyanatın müddəalarından biri və ən əsası bölgədə sülhə, sabitliyə nail olmağın yeganə yolunun erməni silahlı qüvvələrinin tezliklə Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması idi ki, bu da qondarma rejimin özünü buraxmasını şərtləndirəcəkdi. Lakin sənədin imzalanmasından ötən iki il ərzində isə Qarabağda üçtərəfli Bəyanatın müddəalarına zidd proseslər baş verirdi, qanunsuz erməni silahlı birləşmələri mövcudluğunu davam etdirirdi. Onlar Qarabağda hərbi təxribatlar törədir və Azərbaycan Ordusunun bölmələrinin şəxsi heyətinə qarşı silahlı hücumlar həyata keçirirdilər. Həmçinin Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupları tərəfindən avtomobil yollarında quraşdırılan minaların partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçular həlak olur, yaxud yaralanırdılar. Bu da qanunsuz silahlı birləşmələrin tərk-silah edilərək ərazilərimizdən çıxarılmasına, onların hərbi infrastrukturlarının zərərsizləşdirilməsinə, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin, eyni zamanda, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, ən əsası, ölkəmizin konstitusiya quruluşunun bərpası üçün bölgədə antiterror tədbirlərinə zərurət yaradırdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva söyləyib.

O bildirib ki, Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvləri 2022-ci ilin avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətməsi nəticəsində hərbi qulluqçumuz şəhid oldu. Eyni zamanda, erməni silahlı dəstələri döyüş mövqelərini gücləndirməyə və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməyə cəhd edirdilər. Bundan sonra “Qisas əməliyyatı” adlandırılan antiterror əməliyyatlarının keçirilməsinə zərurət yarandı. Aparılan antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, eləcə də hərbi təyinatlı obyektləri sıradan çıxarıldı, Azərbaycan Silahlı Qüvvələri bir neçə strateji yüksəklikdə möhkəmləndi. Bu, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq öz suveren ərazilərində terror və təxribatın qarşısının alınması hüququnun tərkib hissəsi idi və 2023-cü ilin sentyabrında Qarabağın bütün ərazilərində həyata keçirilən antiterror tədbirlərinə yol açdı.

“Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən həyata keçirilən antiterror əməliyyatları 2023-cü ilin sentyabrında Azərbaycanın dövlət suverenliyinin bərpasına, Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaratdı. Həmçinin Mərkəzi Asiyanın enerji və mineral ehtiyatlarının şaxələndirilməsi, Xəzərin enerji resurslarının dünya bazarına sərbəst çıxışının təmin olunması, regionda birbaşa maraqları olan və yaxud bölgəni keçid kimi istifadə edən ölkələrin, xüsusilə Türkiyə, ABŞ, Avropa İttifaqı və onların müttəfiqlərinin enerji və kommunikasiya təhlükəsizliyinin gücləndirilməsi vacib şərtlərdən biri idi. Terrorçulara qarşı keçirilən tədbirlərlə ölkəmizin konstitusiya quruluşunu, bölgədə təhlükəsizliyi tam təmin etməsi həmçinin 2000-ci illərdən başlayaraq Xəzərin enerji resurslarının nəqlinin Şimal və Cənub nəqliyyat marşrutlarından asılılığını, ən əsası, zaman-zaman şantaj kimi istifadə olunmasını aradan qaldırdı”, - deyə politoloq vurğulayıb.

Y.Hacıyeva deyib ki, separatçı rejim işğal illərində və 2023-cü ilin sentyabra qədər ərazilərimizdə xeyli sayda mina basdırmış, təhlükəli yüklərin istehsalı və tranziti üçün baza formalaşdırmışdı. Torpaqlarımızın işğaldan azad olunması ilə bölgədə fəaliyyət göstərən xarici şirkətlərin ərazilərimizin iqtisadi göstəricilərinin güclənməsinə xidmət etmələri üçün təhdid ünsürləri zərərsizləşdirilməli idi. Qanunsuz silahlı birləşmələrin ərazilərimizdən çıxarılması ümumilikdə Avrasiyanın da təhlükəsizliyinə töhfə oldu. Erməni terrorçularına qarşı əməliyyatlar, həmçinin Cənubi Qafqazın və Xəzər regionunun ekoloji təhlükəsizliyi aspektindən də vacib idi. Çünki istər Qarabağda, istərsə də ətraf rayonlarda Ermənistanın məqsədli şəkildə törətdiyi vandallıqlar müəyyən resursların tükənməsinə gətirib çıxarırdı.

Onun sözlərinə görə, antiterror əməliyyatlarından sonra erməni lobbisi və onların havadarları bütün mümkün rıçaqlardan istifadə etməklə Azərbaycana qarşı kampaniyalar aparmağa başladılar. Daha əvvəldən də həyata keçirilən bu fəaliyyətlər 44 günlük Vətən müharibəsinin ilk günlərindən başlamış, 2023-cü ilin sentyabr əməliyyatlarından sonra pik həddə çatmışdı.

Erməni lobbisi və havadarları bütün beynəlxalq platformalarda dünya birliyinə Azərbaycana qarşı diplomatik, humanitar, iqtisadi və hərbi sahələrdə təzyiqlər göstərilməsinə çağırışlar edirdilər. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın 2022-ci və 2023-cü illərdə apardığı antiterror tədbirləri müstəsna olaraq qanunsuz hərbi birləşmələri və hərbi infrastrukturu hədəf almışdı. Mülki əhali və obyektlər heç bir halda atəş hədəfi olmamışdı. Buna baxmayaraq, ermənilərin dəstəkçiləri bununla bağlı dezinformasiyalar və təhrif olunmuş məlumatlar yaymaqla, manipulyasiyalar etməklə beynəlxalq təşkilatlarda ölkəmiz əleyhinə təzyiq vasitələri qazanmağa çalışırdılar. Lakin bütün bu təşəbbüslər və səsləndirilən iddialar əsassız olduğu üçün nəticəsiz qaldı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub