QARA QARAYEVİN ŞAH ƏSƏRİ SƏHNƏYƏ QAYIDIR
Rusiyanın tanınmış baletmeysteri Vasili Medvedev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəvəti ilə bu yaxınlarda Bakıda olmuşdur. O, dahi bəstəkar Qara Qarayevin şah əsəri olan “Yeddi gözəl” baletinin yeni versiyasını səhnəmizdə tamaşaya qoyacaqdır.
Məlumdur ki, bu əsər teatrın səhnəsində çoxdandır ki, oynanılmır. Yeni versiya üçün yeni libretto da hazırlanır.
Sankt-Peterburq Rəqs Akademiyasının məzunu olan V.Medvedev hələ təhsil illərində uğurla rəqslərə quruluş verirdi. Uzun illər rəqqas kimi fəaliyyət göstərmişdir. Son vaxtlar isə ona baletmeyster kimi də müraciət edirlər. V.Medvedev Praqada yaşasa da Rusiya və Fransa səhnələrində balet əsərlərini tamaşaya qoyur.
Azərbaycan teatrının balet truppası ilə tanış olan Medvedev əmin olduğunu bildirmişdir ki, solistlərimiz ən mürəkkəb variasiyaların, adajioların, kütləvi səhnələrin öhdəsindən gələcəklər. Quruluş klassik üslubda olacaqdır. Bəzi əsas rollara iki-üç ifaçı təyin edilir ki, buna da hər teatrın gücü çatmır.
Balet tamaşaları üçün kostyumların yaradılmasında böyük təcrübəsi olan quruluşçu rəssam Tahir Tahirovla söhbət zamanı “Yeddi gözəl”in yeni versiyasının kostyumları razılaşdırılmışdır.
Baletmeyster AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, hazırlıq işləri sürətlə aparılır. Quruluşla bağlı əsas məşqlər isə sentyabr ayında başlayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]