Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qarabağ Azərbaycandır!” devizi altında kütləvi vətənpərvərlik tədbiri keçirilib

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qarabağ Azərbaycandır!” devizi altında kütləvi vətənpərvərlik tədbiri keçirilib.

AZƏRTAC xəbər verir, UNEC və “Səs” Media Qrupunun birgə təşkilatçılığı, Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani tədbir barədə məlumat verib.

Tədbirdə çıxış edən UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov bildirib: “Elə bir Azərbaycan vətəndaşı tapılmaz ki, respublikamızın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad edilməsi üçün canından keçməyə hazır olmasın. Hər bir vətəndaşımız bu məqsədə nail olmaq üçün Ali Baş Komandanın hər bir əmrinə hazırdır. Çünki Qarabağın işğaldan azad edilməsi təkcə Azərbaycan dövlətinin deyil, bu torpaqda yaşayan hər kəsin, eləcə biz müəllimlərin, tələbələrin, universitetimizdə çalışan hər bir texniki işçinin, əməkdaşın da arzusu, amalı, problemidir”.

Rektor qeyd edib ki, doğma Qarabağın geri qaytarılması məramı xalqımızı Azərbaycan dövlətinin və Prezidentinin ətrafında sıx birləşdirən başlıca dəyərə, milli birliyə və vətəndaş həmrəyliyinə çevirib. UNEC-in 20 minlik kollektivi də həmişə bu məqsədə xidmət edib. Biz xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sadiq olduğumuzu bu gün bir daha bəyan edir və Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək milli birlik və vətəndaş həmrəyliyi nümayiş etdiririk. “Qarabağ Azərbaycandır!” çağırışı hər bir UNEC-çinin də şüarına çevrilib və hər birimizin fəaliyyət istiqamətidir.

Tədbirin təşkilinə görə minnətdarlığını bildirən Milli Məclis Sədrinin müavini Bahar Muradova qeyd edib ki, “Qarabağ Azərbaycandır!” şüarı son günlər ölkəmizdə milli ideya səviyyəsinə yüksəlib. Biz bu gün üçrəngli bayraqların işığında sabahımıza yönələn fəaliyyətimizin əsas istiqamətlərindən biri kimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını və bu ərazidə yaşamalı olan, lakin Azərbaycanın və dünyanın müxtəlif regionlarında çətin şəraitdə yaşayan hər bir soydaşımızın doğma evlərinə, yurduna qayıdışını təmin etməliyik. Bu təminatı yaratmaq, bu hədəfi reallaşdırmaq üçün Azərbaycan dövləti hələ ulu öndər Heydər Əliyevin dövründən lazım olan ilkin addımları atmışdır.

“1994-cü ilin Horadiz əməliyyatında Horadiz və ətraf 22 kəndin işğaldan azad olunması Ermənistanın və onun havadarlarının Azərbaycan ilə artıq silah gücündə danışmağın mümkün olmadığını sübut etdi. Ötən müddətdə Azərbaycan həm hərbi, həm siyasi, həm də iqtisadi qüdrətini artırmaqla düşmən üzərində növbəti ardıcıl qələbələr qazandı və Qarabağın Azərbaycanın əzəli və tarixi ərazisi olduğunu, Azərbaycanın öz torpaqlarında ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verməyəcəyini bütün dünyaya qəbul etdirdi. Bu gün bütün dünya bu həqiqəti anlayır ki, Qarabağ heç zaman Ermənistanın ola bilməz, Qarabağ heç zaman müstəqil ola bilməz, Qarabağ Azərbaycanın tərkib hissəsidir, əzəli və əbədi torpağıdır”, - deyə B.Muradova bildirib.

B.Muradova xüsusi vurğulayıb ki, 2016-cı ilin Aprel döyüşlərində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Lələtəpə və digər istiqamətlərdə qazanılan qələbə müasir Azərbaycan Ordusunun regionun ən güclü ordusu və kiçik bir zərbə ilə böyük qələbələr qazanmaq imkanında olduğunu göstərməklə yanaşı, Ermənistan ordusu haqqında yaranmış mifi puç elədi. 2016-cı ildən ötən müddətdə qazanılmış hərbi qələbənin üzərinə Prezident İlham Əliyev iki böyük diplomatik qələbəni əlavə etdi. Biz bir daha dünyaya “Qarabağ Azərbaycandır” nidası ilə səsləndik. Bu, həqiqətən həm Ermənistanı, həm də onun havadarlarını Azərbaycanın bugünkü gücü ilə hesablaşmaq məcburiyyətində olduğunu bir daha dərk etməyə gətirib çıxartdı. Bizi isə bu vəzifəni qısa müddətdə yerinə yetirməyə, öz gücümüzə inanmağa, hədəflərimizə doğru inamla getməyə ruhlandırdı. “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının arxasında hər bir gəncimiz bir nida işarəsi kimi hazır olmalıdır. Bizim hər birimiz bu nidanın arxasındayıq və elə onun özüyük. Prezident İlham Əliyevin həm hərbi, həm də diplomatik uğurlarla qarşımıza çıxardığı bu hədəfə doğru addımlamalıyıq. Hamımız ümumi Azərbaycan naminə bütöv hərəkatın tərkib hissəsi olmalı, Azərbaycan Ordusunu dəstəkləməli, ölkəmizin iqtisadi inkişafını, ictimai-siyasi sabitliyini qorumalıdır. Bu gün “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarı daha ucadan səslənməlidir.

“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasının sessiyasındakı qətiyyətli çıxışında səsləndirdiyi “Qarabağ - tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikrinin artıq bir şüara çevrildiyini vurğulayıblar. Bildirilib ki, Prezident İlham Əliyevin həmin bəyanatı Azərbaycan Ordusunda böyük ruh yüksəkliyi ilə qarşılanıb və ordumuz qarşısında yeni tapşırıqlar qoyub.

Cəbhə bölgəsindən, Lələtəpədən gələn hərbi qulluqçu, Aprel döyüşlərinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli gizir Tahir Misirxanovun “Prezident İlham Əliyev Qarabağ Azərbaycandır nidasını qoydu. Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ Azərbaycandır nöqtəsini biz qoyacağıq. Hər birinizə Vətən, torpaq, bayraq və Azərbaycan sevgisi arzulayıram” fikirləri alqışlarla qarşılanıb.

Sonra birləşmiş rəqs kollektivlərinin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının solistlərinin iştirakı ilə “Qarabağ Azərbaycandır!” adlı bədii-xoreoqrafik kompozisiya nümayiş etdirilib.

Sonda UNEC-in kollektivi adından Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul olunub.

Qeyd edək ki, tədbirin ssenari müəllifi və quruluşçu rejissoru, Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbanidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar