“Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib
Bakı, 3 sentyabr, AZƏRTAC
“Qarabağ” komandası Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
AZƏRTAC Ağdam klubunun mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycan çempionu gələn həftə start götürəcək turnirə 25 futbolçu sifariş edib. Onlardan üçü qapıçı, doqquzu müdafiəçi, doqquzu yarımmüdafiəçi və dördü hücumçudur.
Baş məşqçi Qurban Qurbanovun tərtib etdiyi siyahıya qapıçılar - Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Amin Ramazanov, müdafiəçilər - Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina, yarımmüdafiəçilər - Qara Qarayev, Julio Romao, Riçard Almeyda, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, İsmayıl İbrahimli, Filip Ozobiç, Kadi Borqes, hücumçular - Ovusu Kvabena, Musa Qurbanlı, Ramil Şeydayev və Nəriman Axundzadənin adı daxil edilib.
Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin görüşləri sentyabrın 8-dən noyabrın 3-dək keçiriləcək. “Qarabağ” G qrupunda “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant” (Fransa) komandaları ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]
“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək
- 03.10.2026 [10:21]
Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]