“Qarabağ” klubu Azərbaycan çempionatlarında 700-cü ev qolunu vurub
Bakı, 2 noyabr, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubu Azərbaycan çempionatlarında 700-cü ev qolunu vurub.
AZƏRTAC xəbər verir ki, yubiley qoluna Bədavi Hüseynov imza atıb. Təcrübəli müdafiəçi Premyer Liqanın VIII turunun “Keşlə” ilə (6:1) oyununda vurulan ikinci qolun müəllifi olub. Bu qarşılaşmayadək hesabında 698 top olan “Qarabağ” öz meydanındakı qol sayını 704-ə çatdırıb. Ağdamlılar 700-cü qolunu 396-cı ev oyununda vurub.
Qeyd edək ki, Ağdam təmsilçisinin ölkə çempionatlarında ilk ev qolu 1992-ci il mayın 3-də vurulub. Sabirabadın “İnşaatçı” komandası ilə qarşılaşmada (1:2) hesabı açan Mehman Alışanov həm də Azərbaycan çempionatı tarixinin ilk qolunun müəllifi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:46]
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- 11.06.2026 [14:04]
Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]