Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ müharibəsində Qələbə yeni hərbi strategiyanın təntənəsi oldu

Qarabağ müharibəsində Qələbə yeni hərbi strategiyanın təntənəsi oldu

Bakı, 5 noyabr, AZƏRTAC

Albert Eynşteyn deyirdi, mən yalnız sülh üçün edilən müharibəni təqdir edirəm. Napoleon isə qələbənin təməlində hərbi qüvvələrin mükəmməlliyi ilə yanaşı, liderlərin qüdrətinin, xalqın ruhunun məğlubedilməzliyinin əsas olduğunu bildirirdi. İkinci Qarabağ müharibəsi Azərbaycanın yeni hərbi strategiyasının mükəmməlliyi ilə bərabər, xalq-Prezident vəhdətinin dönməzliyini, qırılmazlığını sübut etdi. Məlum olduğu kimi, hər bir dövlətin və xalqın həyatında, inkişafında ən vacib amillərdən biri ona rəhbərlik edən liderin şəxsi keyfiyyətləridir. Siyasi liderin populyarlığı və nüfuzu onun ölkə daxilində, xalq arasında qazandığı nailiyyətlərdən və xalqın ona inam və etimadından asılıdır. Həyatını Azərbaycanın müstəqilliyinə, demokratik dövlət quruculuğuna həsr edən ulu öndər Heydər Əliyev torpaqlarımızın suverenliyinin bərpası uğrunda uzunmüddətli fəaliyyətinin əsas məqsədini belə bəyan edirdi: “Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir”.

Dahi şəxsiyyət inanırdı ki, Azərbaycan bu vəzifənin öhdəsindən uğurla gələcək, işğal olunmuş torpaqlardan erməni silahlılarını qovub çıxaracaqdır. Bu inamın təməlində Azərbaycan sevgisinə, böyük şəxsiyyətin milli-vətənpərvərlik idealına söykənən varislik prinsipi dayanırdı. Ulu Öndərin qətiyyətinin, prinsipiallığının, siyasi siqlətinin işığında formalaşmış Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən sübut etdi ki, o, Ulu Öndərin və böyük dövlət xadiminin adına layiq varisidir.

Bu fikirləri AZƏRTAC-a Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri dosent İbrahim Quliyev bildirib. O qeyd edib ki, müharibədə Qələbə, ilk növbədə, dövlət başçısı ilə xalqın qarşılıqlı münasibətindən, inam və etimaddan asılıdır. Ümumiyyətlə, dövlətin başında duran şəxsin apardığı siyasət uğurla da, uğursuzluqla da nəticələnə bilər. Biz bu iki nümunəni Azərbaycanın və Ermənistanın timsalında görə bilərik: Ermənistanın ayrı-ayrı rəhbərlərinin apardıqları siyasət bu gün erməni xalqının dövlətçiliyini sual altına qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə aparılan siyasi xətt isə qısa müddətdə ölkəmizi nəinki regionun, hətta dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirmişdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz ki, sosial-siyasi sabitliyin qorunması, mövcud iqtisadi inkişaf, hərtərəfli tərəqqi heç də asan başa gəlməyib. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Onun şəxsiyyəti müasir cəmiyyətdə lider obrazının, əsl dövlət başçısının ən mühüm cəhətlərini özündə birləşdirir.

Təbii ki, qloballaşma, dünyanın bir ev qismində təzahür etdiyi indiki vaxtda, xüsusilə də, ikili standartların mövcud olduğu şəraitdə müharibə elan etmək, Azərbaycanın haqlı olduğunu dünyaya sübut etmək, olduqca mürəkkəb bir məsələ idi. Lakin Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə diplomatiyası həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar və birliklər çərçivəsində Azərbaycan xalqının haqq səsini dünyaya çatdırmağı bacardı: BMT Təhlükəsizlik Şurasının qətnamələrindən sonra İslam Əməkdaşlıq Təşkilatının, Türk Dövlətləri Birliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlığın prioritetləri” adlı sənəddə, həmin ilin sonunda NATO-nun Zirvə görüşündə qəbul edilmiş Yekun Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün öz əksini tapması mövqelərimizin güclənməsi istiqamətində mühüm addım oldu. Azərbaycan liderinin səyləri nəticəsində BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı sayılan Qoşulmama Hərəkatının 120-dən artıq ölkəsinin Bakı sammitində Ermənistanı işğalçı adlandırması Qarabağ yolunda rəsmi Bakının apardığı ardıcıl siyasətin uğurlu nəticəsi idi. Bakının apardığı ifşa siyasəti nəticəsində onilliklər ərzində formalaşmış “yazıq və məşəqqətlər görmüş erməni” obrazı birdəfəlik darmadağın edildi. Nəhayət, 44 gün davam edən müharibədə düşmən üzərində Qələbə tarixi ədalətin bərpası ilə nəticələndi.

Alim vurğulayıb ki, Ermənistan üzərində parlaq Zəfərin əldə edilməsi Prezident İlham Əliyevin apardığı davamlı praqmatik, sistemli siyasi kurs, uzaqgörən xarici diplomatiyasının bəhrəsi idi. Müharibə zamanı həyata keçirilən taktiki və strateji gedişlər dünya hərb ekspertləri üçün xüsusi önəm kəsb edən hadisədir.

Azərbaycan Respublikasının Prezidenti özündə yeni siyasi lider obrazını birləşdirməklə bərabər, həm də müharibə dövründə Azərbaycan xalqının tarixi ənənələrinə, hərbi-tarixi təcrübəsinə dərindən bələd olan bir şəxsiyyət kimi çıxış etdi. O, yeni hərbi strategiyanın nailiyyətlərini tarixi təcrübə ilə, xüsusilə də, ənənəvi sürətli türk hərb taktikası ilə birləşdirməklə dünya döyüş tarixinə yeni səhifə yazdı. Bütün zamanlarda müharibələrin taleyini həll etmiş sürətli türk hərb taktikasından Qarabağ döyüşlərində ustalıqla istifadə edilməsi erməni ordusu haqqındakı mifə son qoydu. Qırx dörd günlük müharibədə Ali Baş Komandan müzəffər ordusunun döyüşlərdəki uğurları ilə eyni vaxtda informasiya siyasətinin də başına keçərək Azərbaycanın haqq səsinin dünya mediasına və birliyinə çatdırdı, diplomatik sahədə və informasiya müharibəsində uğurlarımız Qarabağın işğaldan azad edilməsi prosesində Qələbəmiz üçün müstəsna əhəmiyyət kəsb etdi.

Müharibədə Qələbəni təmin edən digər faktorlardan biri də iqtisadi inkişafın, makroiqtisadi sabitliyin hərbi fəaliyyətə yönəldilməsidir. Həyata keçirilən rasional siyasi islahatlar milli iqtisadi inkişafa təkan verən fundamental amil olmaqla dövlətin müasir hərbi-texniki avadanlıqlarla təchizatına imkan yaratdı. İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsini araşdıran Rusiya Elmlər Akademiyası Uzaq Şərq İnstitutunun baş elmi işçisi Vasili Kaşin iqtisadi islahatlar nəticəsində Azərbaycanın Ermənistana nisbətdə öz hərbi büdcəsini bir neçə dəfə artıra bildiyini vurğulayaraq yazırdı: “XXI əsrdə Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsini 3-5 dəfə üstələyib; bəzi illərdə Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən daha çox olub”.

Beləliklə, ötən illər ərzində ölkədə iqtisadi və sosial rifahın gücləndirilməsi, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması və islahatlar, xalq-dövlət birliyi, xarici siyasətdə seçilən rasional istiqamət, ordu quruculuğunda qarşıya qoyulmuş məqsədlərə nail olunması digər məsələlərlə yanaşı, həm də Azərbaycan üçün bir nömrəli problem olan işğal siyasətinə son qoyulmasını təmin etdi.

Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. O, həm də onu sübut etdi ki, Azərbaycan kimi çətin coğrafi mövqedə yerləşən türk-müsəlman dövlətinin taleyi onun liderindən və xalqından çox asılıdır. Bütün dünyada olduqca intensiv, gərgin, ziddiyyətli və qarışıq proseslərin getdiyi, qlobal trendlərdə qeyri-müəyyənliyin hökm sürdüyü bir mərhələdə dövlətin ərazi bütövlüyünü bərpa etmək, müharibədə dünyanın böyük dövlətlərinin Azərbaycanla hesablaşmasına nail olmaq və nəhayət, işğal altındakı torpaqları geri qaytarmaq, əlbəttə, tarixi hadisədir. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən bir lider kimi adını əbədi olaraq tarixə yazmaqla Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. O, müharibənin son akkordlarını belə vurdu: “Biz ərazi bütövlüyümüzü bərpa etmişik. Biz Qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa bir məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan- Azərbaycan sərhədini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq…”

Təbii ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə çox tezliklə Qarabağ inkişaf etmiş ən müasir regiona çevriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib