“QARABAĞ” RƏSM STUDİYASI AİDSQİÇS ƏLEYHİNƏ
BMT Əhali Fondunun və “Abşeron” rəsm qalereyasının təşkilatçılığı ilə keçirilən sərgidə əslən işğal edilmiş bölgələrdən (Qubadlı, Füzuli, Ağdam, Şuşa və sair) 12 yeniyetmə rəssamın əsərləri nümayiş etdirilir.
Respublika, həm də beynəlxalq uşaq sərgi-müsabiqələrində dəfələrlə medal və diplomlara layiq görülmüş bu yeniyetmələr bəşəri bəlaya müxtəlif tərəflərdən, özlərinə məxsus tərzdə yanaşmışlar. Onların arasında “Həyat ağacı təhlükədədir”, “Sevdiyin insanı qoru”, “Özünə və başqalarına əzab vermə”, “Solğun çiçəklər” və başqa plakatlar diqqəti daha çox cəlb edir.
Mərasimdə çıxış edənlər sərginin mövzusunun aktuallığından və QİÇS-in insanlar üçün necə təhlükəli olduğunun plakatlar vasitəsilə tamaşaçılara və sənətsevərlərə çatdırılmasının əhəmiyyətindən danışmışlar.
Sərgi dekabrın 1-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [11:14]