“Qarabağ”ın iki futbolçusu Çempionlar Liqasının ən yaxşıları arasında
Bakı, 2 iyun, AZƏRTAC
"Qarabağ"ın futbolçuları UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün ən yaxşıları sırasında yer alıblar.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, mövsüm başa çatdıqdan sonra açıqlanan UEFA-nın “FedEx Performance Zone” statistik hesabatına əsasən, Ağdam təmsilçisinin qapıçısı Mateuş Koxalski turnirdə etdiyi 45 "seyv"lə ən çox qurtarış edən qolkiperlər sırasında 4-cü pillədə qərarlaşıb. Polşalı oyunçu yalnız Nikita Haykin ("Bude Qlimt", Norveç), Tibo Kurtua ("Real Madrid", İspaniya) və Uğurcan Çakırdan ("Qalatasaray", Türkiyə) geri qalıb.
Abdullah Zubir isə meydanın rəqibə aid olan 1/3 hissəsindəki mübarizələrdən 14 dəfə qalib ayrılıb. Yalnız PSJ-nin ulduzu Vitinyadan geri qalan fransalı yarımmüdafiəçi 2-ci yerə şərik olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:11]
Kamandan oxatma üzrə ölkə birinciliyinin qalibləri bəlli olub
- 02.06.2026 [16:46]
Bakıda bilyard üzrə Avropa Kuboku və Avropa çempionatı keçiriləcək
- 02.06.2026 [16:26]
Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
- 02.06.2026 [15:58]
“Şamaxı”nın yeni baş məşqçisi növbəti mövsüm üçün hədəfləri açıqlayıb
- 02.06.2026 [15:34]