İQTİSADİYYAT
Qaradağa elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Bakı, 6 noyabr, AZƏRTAC
Bu gün Bakının Qaradağ rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan bəzi ərazilərdə yenidənqurma işləri ilə əlaqədar noyabrın 6-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 14:30-dan 15:30-dək Qaradağ rayonu Qobustan qəsəbəsinin bir hissəsində və Ələt bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.