Qaradağda növbəti səyyar görüş keçirilmişdir
Bakı, 14 may (AZƏRTAC). Qaradağ rayonunun Sahil qəsəbəsində rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun sakinlərlə növbəti səyyar görüşü olmuşdur.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, 400-dək sakinin iştirak etdiyi görüşdə S.Mikayılov qəsəbədə görülən işlər barədə hesabat vermişdir. İcra hakimiyyətinin başçısı bildirmişdir ki, qəsəbədə Milli Qəhrəman Rövşən Rzayev adına park əsaslı şəkildə yenidən qurulmuşdur. “Şəhidlər” abidə kompleksi və “Soyqırımı” abidə-park kompleksində də yenidənqurma və abadlıq işləri aparılmışdır. Qəsəbənin müxtəlif küçələrinə 16 min kvadratmetr sahəyə yeni asfalt döşənmiş, çoxmərtəbəli yaşayış binalarında təxminən 3 min 150 kvadratmetr dam örtüyü təmir edilmişdir. Bakı-Astara (Qazax) magistral avtomobil yolunun Sahil qəsəbəsinin inzibati ərazisindən keçən hissəsində 34 min 200 kvadratmetr sahəni əhatə edən 3 min metr uzunluğunda yeni park salınmışdır.
S.Mikayılov Prezident İlham Əliyevin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində qəsəbədə görüləcək işlər barədə ətraflı məlumat vermişdir.
Səyyar görüşdə 21 sakin fərdi qaydada dinlənilmişdir. İşsizlik problemi ilə müraciət edən bir neçə sakinin işlə təmin olunması rayon məşğulluq mərkəzinə həvalə edilmişdir. Sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş, onların həlli nəzarətə götürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]