Qaradağdakı bütün seçki məntəqələrində səsvermə mütəşəkkil keçir
Bakı, 1 noyabr, AZƏRTAC
Bakının Qaradağ rayonundakı bütün seçki məntəqələrində səhər saatlarından yüksək seçici fəallığı müşahidə olunur.
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin əhatə etdiyi 32 məntəqədə fəallıq daha yüksəkdir. Bu məntəqələrdə səsvermə prosesini 315 müşahidəçi izləyir.
Dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə bildirib ki, 32 məntəqədə 42 min 142 seçici səs verəcək. Onlardan 143-ü ilk dəfə səs verir. Heç bir qanun pozuntusu müşahidə olunmayıb. Seçicilər mütəşəkkil qaydada səsvermədə iştirak edirlər.
11 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasının sədri Azər Ələsgərov isə deyib ki, 48 min 798 seçici 37 məntəqədə səs verəcək. Seçicilərin 552 nəfəri ilk dəfə səs verən gənclərdir. Müşahidəçilərə seçki prosesini izləmək üçün hər cür şərait yaradılıb. Bu məntəqələrdə 468 müşahidəçi səsvermə prosesini izləyir.