“QARAQALPAQ ƏDƏBİYYATI” AZƏRBAYCAN DİLİNDƏ
Bakı Slavyan Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, BSU-da jurnalistika və Azərbaycan ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair və tərcüməçi Nizami Məmmədovun “Qaraqalpaq ədəbiyyatı” kitabının təqdimatı keçirilmişdir.
Təqdimat mərasimində iştirak edən Özbəkistanın ölkəmizdəki səfiri İsmətulla İrqaşov bildirmişdir ki, kitab türk xalqlarının inteqrasiyasına əhəmiyyətli töhfə olmaqla, həm də qaraqalpaqların və azərbaycanlıların əcdadlarından qıpçaqların və oğuzların mədəniyyət və ənənələrinin yaxınlığını nümayiş etdirir.
Bildirilmişdir ki, Nizami Məmmədovun kitabı jurnalistika və Azərbaycan ədəbiyyatı kafedrasının ədəbi layihələri çərçivəsində buraxılan ilk kitabdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]