Qarsda keçirilən tədbirdə Ümummilli Liderin Azərbaycanın inkişafındakı xidmətləri barədə məlumat verilib
Ankara, 10 may, AZƏRTAC
Azərbaycanın xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi anadan olmasının 97-ci ildönümü münasibətilə Türkiyənin Qars şəhərində keçirilən tədbirdə ehtiramla yad olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qarsdakı Baş Konsulluğunun əməkdaşları bu şəhərdə yerləşən Heydər Əliyev parkına gələrək Ümummilli Liderin buradakı abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
Sonra baş konsul Nuru Quliyev yerli KİV-lərə ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu barədə məlumat verib. Dahi şəxsiyyətin xalqımızın dövlətçilik tarixində və ölkənin tərəqqisi yolundakı misilsiz xidmətlərindən ətraflı bəhs edən baş konsul diqqətə çatdırıb ki, Ümummilli Lider müstəqilliyimizin bərpasından sonrakı siyasi hakimiyyəti dövründə Azərbaycanın suverenliyi və güclənməsi istiqamətində göstərdiyi səylərlə qardaş Türkiyənin də çoxistiqamətli inkişafına əsaslı zəmin yaradıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:28]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [18:53]