QAX MEŞƏÇİLƏRİ PAYIZ MEŞƏ ƏKİNLƏRİNİ DAVAM ETDİRİRLƏR
Rayon Meşə Mühafizəsi və Bərpası İdarəsindən bildirmişlər ki, hazırda müəssisənin 11 hektara yaxın tinglik sahəsində 1 milyon 800 minə yaxın əkin materialı vardır. Təkcə bu il 2 hektar sahədə yeni tinglik salınmış, yaz əkini dövründə müəssisə tərəfindən 50 hektar sahədə yeni meşəliklərin salınması təmin olunmuşdur. Payız əkin kampaniyasında isə indiyədək 30 hektar sahədə yeni meşəliklər salınmış və işlər davam etdirilir. Əkilən ağaclar sırasında qoz, şabalıd, palıd, akasiya, katalpa və digər qiymətli ağac növləri üstünlük təşkil edir.
Hazırda rayonda dövlət meşə fonduna məxsus 30 min 927 hektar meşə sahəsi vardır ki, onun da 26 min 615 hektarı meşə ilə örtülmüşdür.
Payız-qış mövsümündə, idarə, müəssisə və təşkilatların, habelə şəhid ailələrinin odun yanacağına tələbatını ödəmək məqsədi ilə müəssisənin kollektivi kök üstə qurumuş və seyrəltmə nəticəsində kəsilmiş ağacların hesabına 3 min kubmetrə yaxın odun tədarük edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]