QAXIN DAĞ ÇAYLARINDA YENİ BƏNDLƏR TİKİLMİŞDİR
Qax, 10 fevral (AZƏRTAC). Qax rayonunun yaşayış məntəqələri və əkin sahələrinin sel sularından etibarlı mühafizəsini təmin etmək məqsədi ilə rayon ərazisindən axan dağ çaylarında sahilbərkitmə işləri davam etdirilir.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, 2008-ci ildə rayon suvarma sistemləri idarəsinin xətti ilə 1 milyon 248 min manatlıq sahilbərkitmə işləri həyata keçirilmiş, 2.387 kubmetrlik daş-beton, 1.400 kubmetr qabion bəndlər inşa edilmişdir.
Bundan əlavə, podratçı təşkilatlar tərəfindən Alazan çayında 220 kubmetrlik sahilbərkitmə işləri aparılmış, Kürmük çayı hövzəsində 1.400 kubmetr beton bənd inşa edilmiş, habelə Qax İngiloy kəndində və şəhərin Qaxmuğal ərazisindəki kanallarda 2.800 metr uzunluğunda suvarma kanalı əsaslı təmir olunmuşdur.
Bütün bu işlərə ümumilikdə 3,7 milyon manat vəsait sərf olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]