Qazaxdakı elektrod zavodunun tikintisində tamamlama işləri aparılır
Qazax, 25 mart, Famil Quliyev, AZƏRTAC
Qazax rayonunun Xanlıqlar kəndi ərazisində inşa olunan elektrod zavodunun tikintisində tamamlama işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən elektrod zavodunun ərazisi 1,5 hektardır. Bunun 2400 kvadratmetr olan örtülü sahəsində məhsul istehsal ediləcək. Müəssisədə 100 nəfərdən çox rayon sakini işlə təmin olunacaq.
Bundan başqa, ərazidə “Carçıoğlu GROUP” MMC tərəfindən kənd təsərrüfatı məhsullarının saxlanılması məqsədilə əlavə olaraq 5000 tonluq anbarın tikintisinə başlanılıb.
Rayon rəhbərliyi elektrod zavoduna gələrək tikintinin gedişi ilə maraqlanıb və müvafiq tövsiyələrini verib.