Qazaxdakı müalicə diaqnostika mərkəzində və şəhər poliklinikasında kütləvi tibbi müayinələrə başlanılıb
Qazax, 12 fevral, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə Prezident İlham Əliyevin tapşırığına əsasən, hər il olduğu kimi, bu il də fevralın 12-dən mayın 12-dək respublikanın bütün bölgələrində əhalinin pulsuz tibbi müayinə aksiyası təşkil ediləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibbi müayinə Qazax Müalicə Diaqnostika Mərkəzində və şəhər poliklinikasında həyata keçiriləcək.
Aksiyanın keçirilməsində əsas məqsəd vətəndaşların sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması üçün ilkin tibbi yardımların, profilaktik tədbirlərin görülməsidir. Eyni zamanda, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunmalarını təşkil etməkdir.
Qazax şəhərində artıq tibbi müayinəyə start verilib. Aksiyanın həyata keçirildiyi Qazax Müalicə Diaqnostika Mərkəzində və şəhər poliklinikasında müayinəni bütün rayon ərazisində yüksək səviyyədə təşkil etmək üçün hər cür şərait yaradılıb.
İnsanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiya ölkənin hər yerində olduğu kimi, Qazax rayonunda da sakinlər tərəfindən yüksək qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]
Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu
- 13.06.2026 [16:15]