QAZAXISTAN HÖKUMƏTİ BENZİN VƏ DİZEL YANACAĞINA QOYDUĞU QADAĞANIN MÜDDƏTİNİ İLİN SONUNADƏK UZATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstan hökuməti bu il iyunun 1-dən sentyabrın 1-dək benzin və dizel yanacağına qoyduğu müvəqqəti qadağanın müddətini 2009-cu il yanvarın birinədək uzatmışdır. Bu il mayın 19-da qəbul edilmiş qərarda deyilir ki, qadağa daxili bazarda neft məhsullarının qiymətlərinin sabit saxlanması üçün qoyulmuşdur.
Sentyabrın 1-dən bu qadağaya məişət sobasında işlədilən yanacaq da əlavə olunmuşdur.
Qazaxıstan hökuməti sentyabrın 1-dən ölkədən taxılın ixracına qoyulan müvəqqəti qadağanı isə götürmüşdür. Xatırladaq ki, qadağa aprelin 15-də ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması və çörəyin qiymətinin sabit saxlanması məqsədilə tətbiq edilmişdi.
Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin proqnozuna əsasən, bu il taxıl yığımı mövsümündə hava şəraiti əlverişli olarsa, ölkədə 16-17 milyon ton məhsul istehsalı gözlənilir.
Əhalisinin sayı 15 milyon nəfər olan Qazaxıstanın taxıla olan illik tələbatı 10-11 milyon tondur. Məhsulun qalan hissəsi satışa çıxarılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:15]
Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər
- 16.06.2026 [11:12]
Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır
- 16.06.2026 [10:32]
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 68-ə çatıb
- 16.06.2026 [09:10]
İndoneziya sahillərində güclü zəlzələ baş verib
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:53]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [21:35]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [21:24]
İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub
- 15.06.2026 [21:18]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:47]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:39]