Qazaxıstan ilə investisiya sahəsində müxtəlif layihələrin həyata keçirilməsi üçün böyük imkanlar mövcuddur
Bakı, 23 may, AZƏRTAC
Qazaxıstan Respublikası Azərbaycan üçün çox önəmli ticarət və iqtisadi tərəfdaşdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda İnvestisiyanın və İxracın Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov jurnalistlərə müsahibəsində deyib.
AZPROMO rəhbəri vurğulayıb ki, bu gün Qazaxıstan ilə həm ikitərəfli ticarətin genişləndirilməsi, həm də investisiya sahəsində müxtəlif layihələrin həyata keçirilməsi üçün böyük imkanlar mövcuddur. Bu sahədə daha geniş imkanların yaradılması üçün belə işgüzar görüşlərin keçirilməsi çox önəmlidir.
Qurumlar arasında imzalanan Memoranduma toxunan R.Məmmədov bildirib ki, AZPROMO ilə “QazaxEksport” arasında imzalanan sənəd bir sıra istiqamətlərdə əməkdaşlığın reallaşdırılmasını nəzərdə tutur.
Onun sözlərinə görə, bu sənəd çərçivəsində işgüzar görüş və biznes forumların təşkili, eyni zamanda, məlumat mübadiləsi mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinə bizim tərəfdaşlar tərəfindən dəstəyin göstərilməsi, eləcə də, AZPROMO-nun ölkəmizdə çalışan Qazaxıstan şirkətlərinə lazımi dəstəyin göstərilməsi baxımından da sözügedən sənəd xüsusi önəm kəsb edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]