QAZAXISTANIN AKTAU ŞƏHƏRİNDƏ XƏZƏR TEXNOLOJİ UNİVERSİTETİ YARADILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstan hökumətinin qərarına əsasən Ş.Yesenov adına Aktau Dövlət Universitetinin bazasında Ş.Yesenov adına Xəzər Texnoloji Universiteti yaradılmışdır.
Universitetin rektoru Abdumutalip Abjapparov jurnalistlərə bildirmişdir ki, son vaxtlar universitetin modernləşdirilməsi, professor-müəllim heyətinin ixtisasının artırılması, laboratoriyaların yeni avadanlıqla təmin olunması istiqamətində xeyli iş görülmüşdür. Xəzər dənizi beş ölkəni - Qazaxıstan, Rusiya, Azərbaycan, Türkmənistan və İran İslam Respublikasını əhatə edir və biz bu ölkələrin ali məktəbləri, o cümlədən ABŞ, Almaniya,Türkiyə, Polşa və digər ölkələrdəki universitetlərlə əlaqələrimizi genişləndiririk.
Rektor demişdir: Aktau dostluq şəhəridir. Burada müxtəlif xalqların nümayəndələri yaşayır və deməli universiteti də beynəlmiləl adlandırmaq olar. İndi burada müxtəlif xalqların nümayəndələri olan 8 mindən artıq tələbə təhsil alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]