İQTİSADİYYAT
Qazaxıstanın düyü istehsalçıları Azərbaycan və Belarus bazarları sayəsində ixracı 47 faiz artırıblar
Astana, 6 noyabr, AZƏRTAC
Cari ilin son 10 ayı ərzində “Kazakstan Temir Jolı” (“Qazaxıstan Dəmir Yolları”) SC-nin şəbəkəsi üzrə müxtəlif taxıl yüklərinin ixracında artım və yeni daşıma istiqamətlərinin inkişafı müşahidə olunub.
AZƏRTAC KTJ-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, qarğıdalı ixracı 1,5 dəfə artaraq 117 min ton təşkil edib. Tacikistana daşınmalar 38 faiz, Özbəkistana isə 3 dəfədən çox artıb.
Qarğıdalı məhsulunun İrana daşınmasına başlanılıb. Mərcimək ixracı 7 dəfə artaraq 80 min tona çatıb. İxracın ən böyük payı Avropa ölkələrinə düşür. Daşımalar Rusiya limanları vasitəsilə həyata keçirilir.
Noxud daşınmasında 3 dəfə artım qeydə alınıb. Qazaxıstandan Əfqanıstana idxal 2 dəfə, Özbəkistana isə 3 dəfə artıb.
Düyü istehsalçıları yeni Azərbaycan və Belarusun bazarları sayəsində ixracı 47 faiz artırıblar (52 min ton).
Qazaxıstan arpası yenidən İrana ixrac olunmağa başlayıb, üstəlik daşınma son iki ayda 8 dəfə artıb. 2024-cü ilin 10 ayı ərzində arpa daşınması 710 min ton (artım 69 faiz) təşkil edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Astana