Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunlarına sertifikatlar təqdim olunub
Bakı, 8 aprel, AZƏRTAC
Turizm sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və “Gabala Hospitality Group”un (GHG) Qəbələ rayonunda yerləşən Tufandağ Qış Yay Turizm İstirahət Kompleksinin idarəedici şirkəti ilə birgə həyata keçirilən layihəsi başa çatıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin turizm istiqaməti üzrə müxtəlif ixtisaslara yiyələnən tələbələrinə əlavə ixtisaslaşdırma təlimləri həyata keçirilir. 15 nəfərdən ibarət ilk qrup xizəksürmə peşəsi üzrə təlimlərə cəlb edilib və təlimləri müvəffəqiyyətlə bitirən məzunlara hər iki təşkilatın birgə təsdiqlədiyi sertifikatlar təqdim edilib. Növbəti mərhələdə sertifikata layiq görülən məzunların müəssisədə işlə təmin olunması nəzərdə tutulur.
Tələbələrə şirkətin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə meneceri tərəfindən iş yerində təhlükəsizlik və əməyin mühafizəsi üzrə də təlimlər keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]