QƏBƏLƏDƏ KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALI ARTMIŞDIR
Dövlət tərəfindən aqrar sahənin inkişafına göstərilən diqqət və qayğının ildən-ilə artması nəticəsində ölkəmizin hər yerində, o cümlədən Qəbələdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində əhəmiyyətli dərəcədə dəyişiklik hiss olunmaqdadır.
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, 2007-ci ildə rayonda kənd təsərrüfatı məhsullarının istehsalında xeyli artım qeydə alınmışdır. 2006-cı illə müqayisədə taxıl istehsalı 425 ton artaraq 36 min 671 tona, tərəvəz 220 ton artaraq 8 min 590 tona, kartof 158 ton artaraq 6 min 623 tona, bostan məhsulları 2 ton artaraq 120 tona, meyvə 588 ton artaraq 11 min 258 tona çatmışdır.
Son zamanlar Qəbələdə meyvəçilik və tərəvəzçilik məhsullarının istehsalına marağın xeyli artması rayonda emal müəssisələrinin fəaliyyəti ilə əlaqələndirilir. Sahibkarlar məhsullarını münasib qiymətlərə həmin müəssisələrə satırlar.
Fermerlər Bakı şəhərində təşkil edilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında da fəal iştirak edirlər. İndiyədək həmin yarmarkalara Qəbələdən 38 ton alma, 7 ton armud, 25 ton fındıq, 17 ton qoz, 1 ton xurma, 10 ton şabalıd, 0,5 ton mal əti, 50 kiloqram bal, 1500 litr meyvə şirəsi və s. göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]