Qəbələdə “Xəmsə” intellektual oyunu üzrə birinciliyin qalibləri müəyyənləşib
Qəbələ, 19 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələdə yeniyetmə və gənclər arasında “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyinə yekun vurulub. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Qəbələ rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda 8 komanda mübarizə aparıb.
Regional İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, birinciliyin keçirilməsində məqsəd yeniyetmə və gənclərin bilik və düşünmə bacarıqlarının inkişaf etdirilməsi, məntiqi təfəkkürünün gücləndirilməsi, komandada işləmək vərdişlərinin formalaşdırılması, intellektual oyunlara marağın artırılması və iştirakçılar arasında sağlam rəqabət mühitinin yaradılmasından ibarət olub.
Yekun nəticələrə əsasən, Qəbələ şəhər 1 nömrəli tam orta məktəbin komandası birinciliyin qalibi adını qazanıb. Şəhər 4 nömrəli tam orta məktəbin komandası yarışı ikinci pillədə başa vurub. Rayonun Bum qəsəbə tam orta məktəbin komandası isə üçüncü yeri tutub.
Birinciliyin qalibləri kubok və diplomlarla mükafatlandırılıblar.