Qəbələdə yollar yenidən qurulur
Qəbələ, 15 may (AZƏRTAC). Qəbələ şəhərində küçələrin, rayon mərkəzi ilə kəndləri birləşdirən, həmçinin rayondan keçən ölkə əhəmiyyətli yolların yenidən qurulması və genişləndirilməsi davam etdirilir.
AZƏRTAC xəbər veir ki, hazırda şəhərin İ.B.Qutqaşınlı, E.Kərimov və 28 may küçələrinin genişləndirilməsi, piyada səkilərinin tikintisi və daşla üzlənməsi, yağış sularının axıdılması üçün yeraltı kanalizasiya xətlərinin quraşdırılması, küçələrin ətrafının memarlıq üslubunda hasarlanması, vətəndaşlar üçün müasir darvazaların qoyulması, elektrik və rabitə xətlərinin yerin altına köçürülməsi, yeni işıqlanma sisteminin quraşdırılması, yaşıllıqların salınması işləri davam etdirilir. Yaxın günlərdə həmin küçələrə asfalt salınacaqdır.
Qəbələ-Ağdaş avtomobil yolu yenidən qurulur.
Xatırladaq ki, İsmayıllı-Qəbələ-Şəki yolunun Vəndam qəsəbəsi ilə Qəbələ şəhəri ərazisindəki hissəsində yenidənqurma işləri başa çatmışdır. Sırt Yengicə kəndinə gedən 2 kilometrlik yola və Tövlə kənd yoluna çınqıl tökülüb hamarlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:49]
® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus
- 09.09.2026 [15:18]
Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir
- 09.09.2026 [13:55]