“Qəbələ”nin futbolçusu “Ateitis Cup” beynəlxalq turnirinin ən yaxşı yarımmüdafiəçisi seçilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Litvanın paytaxtı Vilnüsdə keçirilən ənənəvi “Ateitis Cup” beynəlxalq turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası yarışın sonuncu günündə 11-12-ci yerlər uğrunda matçda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” Belarusun “İsloç” komandası ilə görüşüblər.
Ülfət Mədətovun yetirmələri bu qarşılaşmada böyük hesablı qələbə qazanıblar - 4:0. Komandamızın qollarını Sərxan Mirzəzadə, Aslan Şirinov, Sahil Həsənov və Elmir Hüseynli vurublar. Bu qələbə ilə “Qəbələ” turniri 11-ci pillədə başa vurub.
Futbolçumuz Emil Süleymanov “Ateitis Cup”ın ən yaxşı yarımmüdafiəçisi mükafatına yiyələnib.
Yarışın qalibi adına isə İtaliyanın “Atalanta” klubu yiyələnib. Litvanın Milli Futbol Akademiyası ikinci, Latviyanın “Dauqavpils” klubu isə üçüncü yeri tutub.
Xatırladaq ki, “Qəbələ” qrup mərhələsində yerli “Vilnüs”ə 2:0 hesabı ilə qalib gəlib, Latviyanın “Dauqavpils” komandasına 0:1 hesabı ilə uduzub, Finlandiya “Maski”si ilə 2:2, Belarus “Smena”sı ilə 0:0 hesablı heç-heçə edib. 9-12-ci yerlər uğrunda matçda isə komandamız Estoniya “Levadiya”sına 0:1 hesabı ilə uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [11:00]
UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək
- 28.09.2026 [10:37]
Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb
- 28.09.2026 [10:22]
ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb
- 28.09.2026 [10:21]
Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
- 27.09.2026 [23:20]
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib
- 27.09.2026 [23:16]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [23:11]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [23:08]
27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH
- 27.09.2026 [22:17]
Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib
- 27.09.2026 [22:04]
ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib
- 27.09.2026 [21:58]
AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib
- 27.09.2026 [21:51]
BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib
- 27.09.2026 [21:47]
Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub
- 27.09.2026 [21:40]
AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər
- 27.09.2026 [21:35]
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
- 27.09.2026 [21:32]
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib
- 27.09.2026 [21:27]
Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH
- 27.09.2026 [20:17]