QƏBƏLƏNİN SOSİAL-İQTİSADİ İNKİŞAF PROQRAMI HAZIRLANMIŞDIR
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, 2007-2008-ci illərdə Qəbələ rayonunun sosial-iqtisadi inkişafı proqramı hazırlanmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, proqramda bir çox sahələrin, xüsusilə turizmin inkişafına dair tədbirlər planının hazırlanması və həyata keçirilməsi, taxılçılığın, meyvəçilik və bostançılığın inkişafı nəzərdə tutulur. Həmçinin rayonda qaz, su-kanalizasiya xidmətinin təkmilləşdirilməsi, əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması, eləcə də Qəbələ şəhərində 200, Vəndam qəsəbəsində 110, Sirt Yengicə, Dizaxlı və Əmirvan kəndlərində 100 şagird yeri olan məktəb binalarının tikintisi qarşıda duran vəzifələrdəndir.
Hazırda tikilməkdə olan regional müalicə-diaqnostika mərkəzinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış binasının yaxın vaxtlarda istifadəyə verilməsi, həmçinin cari ildə həmin qəbildən olan ailələr üçün 16 mənzilli daha 2 binanın, internat tipli liseyin, Qəmərvan kəndində 320, Yenikənddə isə 480 yerlik yeni məktəb binalarının tkintisinə başlanılması və digər 3 orta məktəbdə isə əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]