Qəhrəmanlıq tariximizin Hadrut səhifəsi
Bakı, 9 oktyabr, AZƏRTAC
İkinci Qarabağ müharibəsi bizim şanlı tariximiz, qürur və iftixar mənbəyimizdir. Bu qəhrəmanlıq dastanı, eyni zamanda, gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir.
Rəşadətli Ordumuzun Zəfər yürüşünün hər günü tarixi hadisələrlə zəngindir. Bunlardan biri də Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov söyləyib.
O bildirib ki, müharibənin 13-cü günündə Hadrutun, Çaylı, Yuxarı Güzdək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndlərinin işğaldan azad olunması bizi tarixi Qələbəyə yaxınlaşdıran mühüm amillərdən biri oldu. Hadrut ermənilərin daha çox möhkəmləndiyi strateji mövqe idi. Onlar bu ərazidən Füzuli və Cəbrayıl istiqamətlərinə əlavə qüvvə göndərmək üçün istifadə edirdilər. Azərbaycan Ordusunun uğurlu əməliyyatı ilə Hadrutun azad edilməsi bizə çox mühüm strateji üstünlüklər qazandırdı.
“İşğaldan azad olunmuş hər bir ərazimiz Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcək. Prezidentimizin qətiyyətli siyasəti, dövlətimizin gücü, xalqımızın həmrəyliyi bunu mümkün edəcək!”, - deyə komitə sədri əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümünü qeyd edilib
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
Sabahın hava proqnozu açıqlanıb
- [12:35]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Rusiya Britaniyanı hədələyib
- [11:08]
Türkiyə və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər
- 17.08.2026 [23:22]
Kuşner: 30 gün ərzində Qəzza məsələsində irəliləyiş görə bilərik
- 17.08.2026 [23:14]
Tramp: Biz blokada vasitəsilə Hörmüz boğazına nəzarət edirik
- 17.08.2026 [22:57]
Azərbaycan güləşçiləri dünya çempionatına iki medalla start veriblər
- 17.08.2026 [22:52]
Moskvada Müslüm Maqomayevin xatirəsi yad edilib
- 17.08.2026 [22:10]
Gürcüstanda “Yeni tanışlıqlar və xoş xatirələr” adlı yay düşərgəsi başlanıb
- 17.08.2026 [22:02]
Tamara Sinyavskaya: Bakıda hər dəfə Müslüm Maqomayevin varlığını hiss edirəm
- 17.08.2026 [21:43]
Premyer Liqa: “Qarabağ” üç xalı üç qolla qazanıb
- 17.08.2026 [21:25]
Tbilisidə Azərbaycan və Gürcüstan rəssamlarının sərgisi açılıb
- 17.08.2026 [20:48]