Qələbənin 74-cü ildönümü münasibətilə Kiyevdə yürüş təşkil edilib
Kiyev, 9 may, AZƏRTAC
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərində yürüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Arsenal meydanından “Slavı” parkına doğru “Heç kəs unudulmur, heç nə yaddan çıxmır” şüarı ilə keçirilən yürüşdə 4 mindən çox insan iştirak edib. İki minə yaxın polis yürüşün təhlükəsizliyi üçün səfərbər olub.
AZƏRTAC oxuculara anım tədbirindən fotoreportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev