Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qələbəyə aparan yol: şəhidlərin qanı ilə yoğurulan müqəddəs savaş

Qələbəyə aparan yol: şəhidlərin qanı ilə yoğurulan müqəddəs savaş

Son günlər dünya KİV-i diqqətini Dağlıq Qarabağda baş verən hadisələrə yönəldib. Ermənistan ordusunun təxribatları sayəsində münaqişə zonasında yenidən hərbi əməliyyatlar başlayıb. Dəfələrlə edilən müraciətlərə baxmayaraq, Ermənistan atəşkəsə əməl etmək istəmədi. Döyüşlərdə itirdiyi əraziləri geri qaytarmaq adı ilə dinc azərbaycanlı əhalini atəşə tutdu. Azərbaycan Ordusunun cavab tədbirləri ilə düşmən xeyli itki verdi və geri çəkildi. Bu prosesə dünyanın müxtəlif ölkələri fərqli yanaşdı. Lakin reallıq birdir - Azərbaycan öz torpaqlarını işğaldan azad etmək haqqına sahibdir. Bu barədə Prezident İlham Əliyevin dəqiq fikirləri var və Ali Baş Komandan qətiyyətli addımlar atır. Azərbaycan əsgəri öz qanı bahasına doğma torpaqları rəşadətlə işğalçılardan azad edir. Proses başlayıb...

Sadə həqiqət: bəziləri etiraf etmək istəmir

Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması sözün həqiqi mənasında bir sıra dairələrdə şok effekti yaratdı. Burada həm qəribəlik, həm də müəyyən məntiq vardı. Qəribəlik ondadır ki, onlar nəyə görə Azərbaycanın qətiyyətli davrandığını anlaya bilmirlər. Məntiqiliyin səbəbi isə ondadır ki, uzun illərdir Qərbdə münaqişə ilə bağlı elə yanlış təsəvvürlər formalaşdırılıb ki, Azərbaycanın öz haqqını tələb etməsini qeyri-adi hal kimi qəbul etməyə meyillidirlər.

Əslində, baş verənlərin çox sadə və real izahı var - Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün təbii haqqa sahibdir! Bunu müxtəlif bəhanələrlə əlaqələndirmək və hansısa qərəzli izahlar axtarmaq tamamilə yersizdir. Burada atəşi kimin birinci açdığının da elə bir əhəmiyyəti yoxdur, çünki Azərbaycan Ordusu öz Vətənini qorumağa və ona olan təcavüzü aradan qaldırmağa borcludur. Şübhəsiz, dünyanın hər bir dövlətinin ordusu da öz ölkəsini qorumaq haqqına sahibdir. Bu səbəbdən Azərbaycana bununla bağlı verilən bütün suallar əsassızdır və konkret məqsədlər güdür. Eyni zamanda, Dağlıq Qarabağda cərəyan edən hadisələrin geosiyasi təhlili də olduqca vacibdir.

Etiraf edilməlidir ki, bu gün baş verənlərin əsası Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini işğal etməsi ilə qoyulub. Həmişə sülh tərəfdarı olan rəsmi Bakı danışıqlar yolu ilə işğalçıların ərazilərimizdən çıxmasını tələb edib. Beynəlxalq təşkilatlar Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməsini tələb edən sənədlər qəbul ediblər. BMT bununla bağlı 4 qətnamə qəbul edib. Lakin indiyə qədər həmin sənədlərdə qoyulan tələblərə İrəvan əməl etməyib. Bu aspektdə əminliklə deyə bilərik ki, Azərbaycan hər şeydən əvvəl BMT-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə başlayıb. Bakının atdığı addımlar beynəlxalq hüququn bütün müddəalarına tam uyğundur.

Bunlarla yanaşı, hesab edirik ki, hadisələrin məhz indi başlamasının konkret geosiyasi konteksti vardır. Məsələ ondan ibarətdir ki, erməni silahlı birləşmələri Azərbaycan mövqelərini aprelin 1-dən 2-nə keçən gecə, Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti başa çatar-çatmaz atəşə tutmağa başlayıb. Təsadüfdürmü? Bəzi faktlar bu suala mənfi cavab verməyə meyilləndirir. Məsələ bundadır ki, Vaşinqtonda Azərbaycan Prezidenti ABŞ-ın rəhbərliyi ilə çox səmərəli danışıqlar aparıb.

Bu zaman Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll edilməsi yekdilliklə vurğulanıb. Amerika Prezidenti, vitse-prezidenti və dövlət katibi bununla bağlı açıq fikirlərini bildiriblər. ABŞ-ın ATƏT-in Minsk qrupundakı təmsilçisi Ceyms Uorlik də dəfələrlə işğal altında olan 7 rayondan erməni ordusunun çıxarılmasının vacibliyini vurğulayıb.

Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti fonunda Serj Sarkisyanın faktiki olaraq heç bir şey edə bilməməsi rəsmi İrəvanın diplomatik potensialının və arqumentlərinin tükəndiyini göstərirdi. Belə şəraitdə yeganə yol kimi İrəvanın münaqişədə təxribatlara əl atması qalırdı. Burada da məqsəd Azərbaycanı günahkar kimi göstərib, ermənilərin onlarla bir yerdə yaşaya bilməyəcəyi təəssüratını yaratmaqdı. Guya azərbaycanlılar dinc erməni əhalini qırır və bu səbəbdən ona qarşı sanksiyalar tətbiq edilməlidir.

Digər tərəfdən, İrəvan və onun havadarları hesab edirlər ki, müharibənin getdiyi bir yerdə danışıqları əvvəlki məcrada aparmaq çətin ola bilər. Belə ki, bu halda Helsinki Yekun Aktı və Madrid prinsipləri əvəzinə, "yeni şəraitə" uyğun müddəalar hazırlamaq gərəkdir. Bir sözlə, "Azərbaycanın hərbi əməliyyatları" vəziyyəti tamamilə dəyişib və diplomatiya müstəvisində hər şeyi "yenidən başlamaq" lazımdır.

Ali Baş Komandanın əmrləri: Azərbaycan əsgərinin qələbə əzmi

Reallıq isə tamamilə bu cəfəngiyatdan fərqlidir və onu, maraqlıdır ki, Ermənistanın özündə belə bir sıra ekspertlər dərk edirlər (bax: Игорь Мурадян. Куда ж девалась Россия?/"Lragir.am", 4 aprel 2016). Erməni ekspert İqor Muradyan baş verənlərdə Türkiyəni günahlandıranlara da maraqlı cavab verir. O vurğulayır: "Türkiyə nə dərəcədə bu müharibəyə qarışmaqda maraqlıdır...? Türklərə sabit qalmaq gərək olduğu bir vaxtda daha bir hay-küy nəyə lazımdır? Bu şayiələri yaymaqda məqsəd nədir?" (bax: Игорь Мурадян. Есть шанс остаться в дураках/"Lragir.am", 4 aprel 2016).

Bu suallara cavab olaraq İ.Muradyan Ermənistanın çox gülünc bir vəziyyətdə qalacağını bildirir. Yəni Dağlıq Qarabağda baş verənlərin səbəbini müxtəlif ölkələrin paytaxtlarında hazırlanan planlarla izah etməyə çalışmaq erməni axmaqlığının bariz nümunəsidir. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmayana qədər Azərbaycan Ordusu hərbi əməliyyatlar aparmaq hüququna malikdir. Məhz Ermənistanın dinc əhalini atəşə tutması qarşıdurmanın sülh yolu ilə həllinə imkan vermir. Bu hərəkətləri ilə Ermənistan dövləti Azərbaycan xalqına qarşı soyqırımı siyasətindən əl çəkmədiyini sübut edir.

Bütün bu həqiqətləri əsas tutaraq, dünya ictimaiyyəti və beynəlxalq qurumlar Ermənistanın təcavüzkar siyasətinə biganə qalmamalıdır. Bu siyasətə son qoymaq üçün təcili tədbirlər görülməlidir. O cümlədən BMT və ATƏT-in növbədənkənar toplantıları çağırılmalıdır. Orada qəbul edilən qətnamələrin yerinə yetirilməsi üçün təzyiq vasitələri işə salınmalıdır. Bunların əvəzinə, uydurulmuş arqumentlər əsasında uzun-uzadı və səthi analizlər aparmaq səmərəsiz fəaliyyətdir.

Burada məsələnin başqa mühüm tərəfinə də mütləq diqqət yetirmək lazımdır. Azərbaycan Prezidenti Təhlükəsizlik Şurasının son toplantısında açıq bildirib: "Ermənistanda hökm sürən kriminal diktatura rejimi öz ölkəsini uçuruma aparır. Ermənistanda demoqrafik vəziyyət kritik həddə çatıbdır. İqtisadiyyat dağılıb, bütün azadlıqlar tapdalanır, diktatura hökm sürür. Kriminal rejim ilk növbədə erməni xalqının qənimidir" (bax: Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası/AZƏRTAC, 3 aprel 2016).

Deməli, əslində, Ermənistan hakimiyyəti daxili problemlərdən qaçmaq üçün müharibə kartına əl atıb. Erməni təxribatının kökündə bu məqam dayanır. Məsələnin digər tərəfi isə rəsmi İrəvanın mövcud status-kvonun dəyişməz qalmasına çalışması ilə əlaqəlidir. Dövlət başçısı İlham Əliyev bu aspektdə dəqiq vurğulayıb: "Ermənistanın əsas məqsədi status-kvonun dəyişməz qalmasıdır... Status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğalçılar işğal edilmiş torpaqlardan çıxmalıdır. Ermənistan rəhbərliyi bunu istəmir. Əsas məsələ bundan ibarətdir. Onlar istəyirlər ki, bu, sonu olmayan prosesə çevrilsin. İstəyirlər ki, danışıqlar bundan sonra da iyirmi il davam etsin" (bax: əvvəlki mənbəyə).

Bu fikirlərdə Dağlıq Qarabağla bağlı bütün həqiqətlər öz əksini tapıb. Ermənilər status-kvonu saxlamaq üçün bütün alçaqlıqlara gedirlər. Onları indi daha çox narahat edən məqam isə Prezident İlham Əliyevin atdığı uğurlu addımlardır. Ölkə başçısı geniş əfv fərmanları imzaladı, QHT-lərin fəaliyyəti üçün bütün mümkün maneələr aradan qaldırıldı, liberal iqtisadi islahatlar həyata keçirilməkdə davam edir. Bundan başqa, "Cənub Qaz Dəhlizi"nin reallaşması üçün Prezident İlham Əliyev böyük qətiyyət göstərir və konkret addımlar atır. Görünür, bu kimi müstəqil addımlar ermənilərin havadarlarından hansınınsa xoşuna gəlmir. Ancaq son nəticədə erməniləri bəlaya salırlar.

İndi Azərbaycan Ordusu qəhrəmanlıqla torpaqlarımızı azad edir. Əsgərlərimiz qətiyyətlə irəliləyirlər. Ali Baş Komandan böyük türk sərkərdəsi şücaəti nümayiş etdirir. Tarix sübut edir ki, qələbə haqqın tərəfində olandadır. Azərbaycan öz haqqını tələb edir. Onu heç kəs bu yoldan döndərə bilməz. Prezidentin başçılığı ilə Xankəndinə bayraq sancacağımız gün uzaqda deyil!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

Bu saata olan əsas xəbərlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Deputat: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi”

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür