Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycan kəndləri – Cəfərabad

Qərbi Azərbaycan kəndləri – Cəfərabad

Bakı, 11 dekabr, AZƏRTAC

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” silsiləsindən növbəti yazısını təqdim edir.

Cəfərabad kəndi Zəngibasar mahalında, Zəngi çayının sağ sahilində, Cəfərabad arxı kənarında, İrəvan-Üçkilsə yolu üstündə yerləşir.

1828-ci ilə qədər kənddə ancaq azərbaycanlılar, 1830-cu illərdən etibarən isə İrandan köçürülüb gətirilmiş ermənilər yaşayırmışlar.

Cəfərabad kəndi “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) Qırxbulaq nahiyəsində Yuxarı Göykənd kimi qeydə alınıb.

İvan Şopenin (1832) araşdırmasında kənd Cəfərabad adı ilə Zəngibasar mahalının xaraba kəndləri siyahısında verilib. Bu, bir daha təsdiq edir ki, kənd xeyli əvvəllərdən mövcud olub, 1826-1829-cu illər Rusiya-İran, Rusiya-Osmanlı müharibələri zamanı böyük dağıntılara məruz qalıb, əhalisi bölgənin ruslar tərəfindən işğalı ilə əlaqədar köçərək Arazın o tayına - Türkiyəyə gedib. 1830-cu illərdə kənddə İranın Xoy, Salmas vilayətlərindən köçüb gəlmiş ermənilər yerləşdirilib.

Kəndin Cəfərabad adı isə, göründüyü kimi, Cəfər adından və yaşayış məntəqəsi mənası bildirən “abad” sözündən yaranıb. Professor Sadıq Şükürovun belə bir versiyası var ki, şakak tayfasından olan Xoy xanı Cəfərqulu xan 1804-cü ildə İran şahına xəyanət edərək Tiflisə qaçıb, rus təbəəliyinə girib. Rusların İrəvana yürüşü zamanı Cəfərqulu xan İran qoşunlarına qarşı qəhrəmanlıqla vuruşub və tərəfdarları onun şərəfinə döyüş zonasındakı kəndlərdən birinə öz başçılarının adını verərək onu Cəfərabad adlandırıblar. Müəllifin Məhəmmədhəsən Vəlilinin (Baharlının) məşhur “Azərbaycan” kitabına söykənərək yazdıqlarına onu da əlavə etmək istərdik ki, o zaman Cənubi Azərbaycanın Xoy və Sərab mahallarında yaşamış şakaklardan (şəfəqlərdən) bir qismi onun arxasınca gəlib, general Sisianov tərəfindən Azərbaycanın müxtəlif yerlərində, əsasən, Nuxa nahiyəsində məskunlaşdırılıb. Məhəmmədhəsən Vəlili yazır: “Şakaklar özlərindən yadigar olaraq, Cəfərqulu xanın namına Cəfərabad adlı kəndlər və vətənlərinin yadigarına Xoy adlı kənd buraxmışlar. Bu kəndlər aşağıdakı mahallarda vaqedir: Nuxa qəzasında - Cəfərabad kəndi və Nuxa şəhəri (no-xoy kəlməsindən); Quba qəzasında - Cəfərabad; Cəbrayıl qəzasında - Cəfərabad; Cavanşir qəzasında - Xoy”.

Heç şübhəsiz, bu sıraya Naxçıvandakı Xok və Zəngibasardakı Cəfərabad kəndlərini də əlavə etmək olar. Lakin bu qədər geniş əraziyə, demək olar ki, bütün Azərbaycan boyu səpələnmiş Cəfərabad və Cəfər komponentli (məsələn, Cəfərli) onlarla toponimi adi bir xanın adı ilə bağlamağın tərəfdarı deyilik. Unutmaq lazım deyil ki, Qazax elinin məşhur tayfalarından biri Cəfərli adlanıb, İslamın güclü təriqətlərindən biri isə Cəfəri təriqəti olub. Bunların hər biri də özlüyündə toponim yaratmada iştirak edə bilərdi.

1873-cü ilin statistik məlumatlarında kənddə 30 təsərrüfatda 136 nəfər (72 kişi, 64 qadın) erməni və 1 kilsə qeydə alınıb. Kəndin kənarında qeydə alınan 2 qədim türk qala bürcü və o qədər də böyük olmayan möhrə qala isə bu yerin keçmişdə türk-müsəlman, həm də iri bir yaşayış məntəqəsi olduğunu təsdiq edir.

1886-cı ildə kənddə 33 təsərrüfatda 130 nəfər (68 kişi, 62 qadın) erməni yaşayırdı.

Kəndin adı 1946-cı il aprelin 4-də dəyişdirilərək Arqavand qoyulub.

Cəfərabad kəndində qırmızı tuf daşdan tikilmiş səkkiztilli türbə və onun kitabəsi tarixi əhəmiyyəti ilə xüsusi diqqət çəkir. Bu türbədən ətraflı bəhs edən tədqiqatçı Məşədixanım Nemətova onu bu yerlərin keçmişindən söhbət açan, olub-keçən əhvalatlardan maraqlı məlumat verən dəyərli tarixi abidə və həm də gözəl sənət əsəri hesab edir. Türbənin günbəzi hələ 1956-cı ildə çox yerdən dağılıb-tökülmüşdü. Deyilənlərə görə, həmin ərazidə Çuxursəəd vilayətinin əmirlərinə aid bir neçə möhtəşəm türbə olub. Sonralar onların daşları kənddəki binaların tikintisində istifadə edilib. Vaxtilə burada - kəndin üst tərəfində yerləşmiş qədim müsəlman qəbiristanlığındakı abidələrdən isə heç biri qalmayıb. 1950-ci ilə kimi duran bu qəbiristanlıqda qəbirlər qırmızı və boz tuf daşlardan idi. Vaxtilə bu qəbiristanlıqda məscid də olub.

M.Nemətova yazır ki, türbəni yuxarıdan kəmərvari əhatə edən kitabə aydın iri süls elementli nəsx xətti ilə ərəbcə yazılıb. Kitabə istər bədii tərtibatına, istərsə də məzmun və xətt xüsusiyyətinə görə çox böyük əhəmiyyət kəsb edir, həmin ərazidə ərəb dilini yaxşı bilən, ərəb əlifbasında yazan çox mükəmməl həkkaklıq, xəttatlıq məktəbinin mövcud olduğunu göstərir. Həmin kitabədə yazılıb ki, bu günbəzli müqəddəs sərdabə böyük hökmdar Pir Budaq xanın və noyon Yusifin padşahlığında Əmir Səədin oğlu Pir Hüseynin əmri ilə tikilib, hicri tarixlə 816-cı il rəcəb ayının 15-də (miladi tarixlə 1413-cü il oktyabrın 11-də - Ə.Ə.) tamamlanıb.

Qeyd edək ki, Çuxursəəd vilayətini XV əsrin əvvəllərində Saatlı tayfasından çıxan əmirlər - Əmir Səəd (1411-ci ilə qədər), onun oğlu Pir Hüseyn (1411 -1414) və nəvələri Pir Qaib və Avdul (1425) idarə etmişlər.

Həmin kitabədə Qaraqoyunlu hökmdarı Qara Yusifin “noyon” (sərkərdə), oğlu Pirbudağın “yüksək hökmdar” titulları ilə qeyd olunmasına gəldikdə isə, bu, Cəfərabad kitabəsinin Böyük Teymur öləndən sonrakı dövrdə qələmə alınmasını təsdiqləyir. Bu o dövr idi ki, bütün Azərbaycan torpaqlarını fəth edən Qara Yusif oğlu Pirbudağı taxta əyləşdirmiş və bütün vilayətlərə sərəncam göndərmişdi ki, sikkələr Pirbudağın adına zərb olunsun, came məscidlərində xütbələr Pirbudağın adına oxunsun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat