Naxçıvan Muxtar Respublikasının bir sıra ərazilərində elektrik enerjisinin təchizatı dayandırılacaq
Naxçıvan, 25 may, AZƏRTAC
“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) “Naxçıvan Enerji” MMC ilə razılaşdırılmış sifarişinə əsasən yenidənqurma və təmir işləri aparılacaq.
RETSİ-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bununla əlaqədar 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasından qidalanan Naxçıvan şəhərinin Əliabad, S.Vurğun, Şəhriyar küçələrində, 48, 59, 60 və 61-ci küçələrdə, Əcəmi, İstiqlal və Heydər Əliyev prospektlərində, həmçinin Kəngərli, Şərur, Şahbuz və Sədərək elektrik şəbəkələrində, eləcə də Babək Elektrik Şəbəkəsinin 35/10 kV-luq Cəhri, Kərimbəyli və Nəzərabad yarımstansiyalarında elektrik enerjisinin verilməsində müvəqqəti məhdudiyyət yaranacaq. Fasilə sabah saat 02:00-dan 04:00-dək olacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.
Müxbir - Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.05.2026 [18:37]
Sumqayıt Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb
- 25.05.2026 [18:06]
Naxçıvan-Ordubad magistral avtomobil yolunda təmir işləri görülür
- 25.05.2026 [17:27]
Şərqi Zəngəzurda meyvə bağlarında monitorinq aparılıb
- 25.05.2026 [17:04]
Mingəçevirdə gənclər sahilboyu əraziləri tullantılardan təmizləyiblər
- 25.05.2026 [17:02]
Naxçıvanda autizmli uşaqlar və onların valideynləri ilə görüş
- 25.05.2026 [17:00]
Samuxda yeni qaz xətləri çəkilir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Düşənbədə su festivalı
- [19:57]
Kosmik hava proqnozu açıqlanıb
- [16:04]