Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycandan əhalisi deportasiya olunan Göyçə mahalının Cil kəndi

Bakı, 10 dekabr, Xatirə Cəfərova, AZƏRTAC

1988-ci ilin şaxtalı-boranlı noyabr–dekabr aylarında Qərbi Azərbaycandan əhalisi deportasiya olunan kəndlərimizdən biri də Göyçə mahalının qədim Cil kəndi olub. Kəndin tarixi, mədəniyyəti və əhalisinin məşğuliyyəti barədə məlumat almaq üçün AZƏRTAC-ın müxbiri Cil kənd məktəbinin 1978-ci il məzunu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri pedaqogika elmləri doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovla həmsöhbət olub.

Cil kəndində məskunlaşma

Professor bildirib ki, relyef baxımından amfiteatrı xatırladan Cil kəndi Göyçə gölünün sahilində, Çəmbərək rayon mərkəzindən 28 kilometr cənub-şərqdə, dəniz səviyyəsindən 2040 metr hündürlükdə yerləşirdi. Ermənistan Sovet Ensiklopediyasında bu kəndin əsasının XII əsrdə qoyulduğu qeyd olunub. Kənddə mövcud olmuş abidələr - alban qəbiristanlığı və kilsələri, oğuz (uğuz) qəbiristanlığı, qalaçalar, insan yaşayışının izləri olan mağaralar, qazıntı zamanı tapılan saxsı qablar, müxtəlif fiqurlar bu ərazinin qədim zamanlardan yaşayış məskəni olduğunu sübut edir. Qafqazın 5 verstlik xəritəsində Cil kəndinin adı çəkilir. Bəzi mənbələrdə Cil kəndi kimi qeyd edilir. Əvvəllər İrəvan quberniyasının Yeni Bəyazid qəzasının, sonra Basarkeçər rayonunun, 1937-ci il dekabrın 31-dən isə Çəmbərək (Krasnoselo) rayonunun tərkibində olub. Hazırda Geğarkunik vilayətinə aiddir. Çar Rusiyası dövründə tərtib edilmiş kameral təsvirlərə görə, kənddə 1831-ci ildə 45 ailə (cəmi 265 nəfər) yaşayıb. Ailələrin hamısı qarapapaq tayfasına mənsub olub. 1886-cı ildə kənddə 587, 1897-ci ildə 739, 1908-ci ildə 975, 1914-cü ildə 1020 (1035), 1916-cı ildə 893, 1919-cu ildə 888, 1979-cu ildə 1519, 1988-ci ildə 1700 azərbaycanlı yaşayıb. 1988-ci ilin noyabrında kənd camaatı erməni vandalları tərəfindən tarixi torpaqlarından deportasiya olunub.

Kənddə dini təhsil

Müsahibimiz vurğulayıb ki, türk və İslam coğrafiyasının bir parçası olan Göyçə mahalının Cil kəndində orta əsrlərdən etibarən dini təhsilə xüsusi diqqət yetirilib. 1831-ci ilə aid mənbələrə görə, kənddə dini təhsilin təşkili ilə Axund Molla Nağı Molla Həsən oğlu və Molla Məmmədəli Əli oğlu məşğul olub. Məktəb adətən mollaların evlərində təşkil olunur, “Qurani-Kərim”in oxunuşu və təfsiri, ərəb və fars dilləri, İslam hüququ (fiqh) və əxlaq öyrədilirdi. Cil kəndində çar Rusiyası tərəfindən qeydə alınan ilk məktəb 1876-cı ilə aiddir. İrəvan–Yelizavetpol (Gəncə) xalq məktəbləri direksiyasına aid təhsil müəssisələrinin yerləşməsi ilə bağlı həmin il tərtib edilmiş xəritənin “xüsusi məktəblər” bölməsində Cil kəndində tatar (müsəlman) məktəbinin mövcudluğu qeyd olunub.

Cil kənd ibtidai məktəbi

Ermənistan sovetləşdirildən sonra Cil kəndində I dərəcəli (5 illik ibtidai məktəb) məktəb 1923/1924-cü tədris ilində açılıb. O zaman məktəb üçün yararlı binanın, tədris avadanlığının və resurslarının, ixtisaslı müəllimin olmaması ciddi çətinlik yaradırdı. Uşaqların təhsilə cəlb edilməsində də müəyyən çətinliklər var idi. Bu çətinlikləri məktəbin ilk müəllimi və müdiri olmuş Alı Xələf oğlu belə nəql edirdi: “Cil kəndində sovet məktəbinin yaradılmasında çox böyük çətinliklə üz-üzə gəlmişdik. Nə məktəb, nə müəllim var idi. Ən böyük çətinlik isə gənclərin məktəbə cəlb edilməsi idi. Köhnə fikirli adamlar, mollalar bu işə çox mane olurdular. Nəhayət, 1923-cü ildə məktəbi aça bildik, müəllim olmadığından özüm bu işə cəlb edilmişdim, qalan müəllimlər isə başqa yerlərdən gətirilmişdi”.

Cil kənd yeddiillik məktəbi

İcbari ibtidai təhsilin həyata keçirilməsi yeddiillik məktəblərin şəbəkəsinin genişlənməsinə səbəb oldu. 1934-cü ildə Basarkeçər rayonunda 12 yeni məktəb binası istifadəyə verilib ki, onlardan da biri Cil kəndində tikilmişdi. 1934-cü ildə Cil kənd ibtidai məktəbi yeddiillik məktəbə çevrildi.

İkinci Dünya müharibəsi illərində kənd 250 nəfərdən çox igid oğlunu cəbhəyə yola salıb. Kiçik bir kənddən 250 nəfərin müharibəyə göndərilməsi erməni xəyanətinin və hiyləgərliyinin bariz nümunəsidir. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər azərbaycanlıların sayının azaldılması, fiziki cəhətdən məhv edilməsi üçün müharibə dövründə yaranan təbii imkandan maksimum istifadə edərək səfərbərliklə bağlı respublikaya ayrılan yerləri əsasən azərbaycanlıların hesabına doldururdular. Cil kənd yeddiillik məktəbindən cəbhəyə göndərilənlərin heç biri geri qayıtmayıb.

1960-1961-ci tədris ilində Cil kənd yeddiillik məktəbi səkkizillik məktəbə çevrilib.

Cil kənd orta məktəbi

1967-1968-ci tədris ilində Cil kənd səkkizillik məktəbi onillik orta məktəbə çevrildi. Növbəti tədris ilində məktəbin ilk buraxılışı olub. İyirmi məzundan 14-ü Azərbaycanın ali məktəblərinə qəbul olub. Məktəbin 1969-1988-ci illərdəki tədris həyatı və pedaqoji uğurları direktor Şərif Namazovun (1939-2013) adı ilə bağlıdır.

1984-1987-ci illərdə yeni məktəb binası tikilib. Əhalinin deportasiya edilməsi nəticəsində 1988-ci ilin noyabrında məktəbin fəaliyyəti dayanıb. 1968–1988-ci illərdə bu məktəb regionun qabaqcıl təhsil müəssisələrindən biri olub. Məktəbin tədris səviyyəsi həmişə yüksək qiymətləndirilib, məzunların ali məktəbə qəbul faizi digər kənd məktəbləri ilə müqayisədə xeyli yüksək olub. Məsələn, 1968/1969-cu illərdə məzunların 70 faizi ali təhsil müəssisələrinə qəbul olunub. Sonrakı illərdə bu rəqəm 40-60 faiz arasında dəyişib.

Məktəbin müəllimləri və məzunları

“Cil kənd orta məktəbinin məzunlarının 1000-dən çoxu həm Rusiyanın, həm də Azərbaycanın ali məktəblərində təhsil alıb, müxtəlif sahələrdə xidmət göstəriblər. Müəllim adına layiq görülənlər həm indiki Ermənistan ərazisindəki Azərbaycan məktəblərində, həm də Azərbaycanın müxtəlif rayon və kəndlərində uğurlu pedaqoji fəaliyyət göstərərək maarifin və maarifçiliyin inkişafına əvəzsiz töhfələr verib. Vaxtilə mənə dərs demiş Daşdəmir Tağıyev, Allahverdi Sadıqov, Valeh İsmayılov, Haqverdi İbrahimov, Fərman Əhmədov, Nəriman Həsənov, Yunis Allahverdiyev, Həsən Məsimov, Əli Məmmədov, Əli Adıgözəlov, Məhəmməd Hüseynov, Razim Əfənov, Dilbər İbrahimova, Abbas Ələsgərov, Sədaqət Tanrıverdiyev və Bayram Qurbanovun adlarını bu gün böyük hörmətlə xatırlayıram. Onlar yalnız bilik verən müəllimlər deyil, həm də dünyagörüşümüzü formalaşdıran, bizi həyatın çətinliklərinə hazır edən fədakar ziyalılar idilər.

Kəndimizin yetirmələri olan bir sıra görkəmli şəxslər - tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki Abuzər Xələfov, fizika-riyaziyyat elmləri doktoru, professor, Nyu-York Akademiyasının həqiqi üzvü Ayvaz Xələfli, fizika-riyaziyyat elmləri doktoru, professor, Nyu- York Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar müəllim Zübeyit Tağıyev, iqtisad elmləri doktoru, professor, Beynəlxalq Menecment Akademiyasının və Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü Əvəz Ələkbərov, iqtisad elmləri doktoru, professor Əli Allahverdiyev, fizika-riyaziyyat elmləri doktoru, professor Misrəddin Sadıqov, riyaziyyat üzrə elmlər doktoru, professor Ramiz İsgəndərov, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova və başqalarını qeyd etmək olar.

20 Yanvar şəhidi Yusif Allahverdi oğlu Sadıqov isə vaxtilə Cil kənd məktəbini qızıl medalla, Bakı Dövlət Universitetini isə fərqlənmə diplomu ilə bitirmişdi.

1988-ci ilin noyabr ayında kənd sakinləri öz doğma yurdlarını tərk etməyə məcbur oldular. Lakin onlar az sonra silaha sarılıb torpaqların müdafiəsinə qalxdılar. Müharibə alovunu söndürmək, işğal altında olan yurd yerlərini geri qaytarmaq, el-obanı yaşatmaq üçün canlarını qurban verdilər. Şəhidlik zirvəsinə ucalanlar sırasında Cil kənd məktəbinin igid məzunları – Allahverdi Həsənov, Adil Mədətov, Lətif Məhərrəmov, Qurban Əhmədov, “Azərbaycan bayrağı” ordenli Mehbalı Zeynalabdıyev, Rövşən Cəlilov, Vahid Mehdiyev, Vüqar Ələkbərov və Əli İsmayılov da var idi. Ərəstun Məhərrəm oğlu Vəliyev isə ağır döyüşlərin birində itkin düşərək Vətən yolunda qeybə çəkilən qəhrəmanlarımızdan oldu.

Birinci Qarabağ savaşından sonra keçən uzun illər ərzində şəhidlərin qisasının alınmaması millətin ruhuna, vüqarına ağır təsir göstərirdi. Lakin 2020-ci il sentyabrın 27-də Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” çağırışı və “dəmir yumruq” birliyi xalqı bir məqsəd ətrafında topladı. Otuz illik yurd həsrətinə son qoyuldu. Bu qəhrəmanlıq salnaməsində Cil kəndinin övladları da öz layiqli yerini tutdular. Əhmədağa İsgəndərov, Kamil Rəhimli, Tural Məmmədov və Anar İsgəndərov xalqımızın yaddaşına əbədi qəhrəmanlar kimi həkk olundular. Cil kəndinin 100-dən çox məzunu Vətən müharibəsi iştirakçısı kimi adlarını Zəfər tarixinə yazdılar”, - deyə müsahibimiz bildirib.

Şuşadan Göyçəyə yollar görünür...

İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramının uğurla həyata keçirildiyini qeyd edən həmsöhbətimiz deyir: “İnsanlarla bərabər Qarabağ torpağına onun tarixi gözəlliyi və mənəvi-psixoloji ruhu qayıdır. Şuşadan Göyçəyə yollar görünür... İnanıram ki, rus əsgərlərinin, erməni daşnaklarının vahiməli və soyuq baxışları altında doğma el-obasını, isti yurd-yuvasını qarlı yollarla ayaqyalın, başıaçıq, ağlaya-ağlaya tərk edənlər yaxın illərdə sevinclə o yurda dönəcək, Vətən həsrətinə son qoyulacaq. Doğma Cil kəndinə yenə yaz gələcək, dağ-dərələr, düzlər yaşıl dona bürünəcək, göy çəmənləri çiçək açaq. “Pəri bulağı”nda aşıqlar məclis quracaq, müqəddəs ziyarətgah olan “Qara daş”da qurbanlar kəsiləcək, uşaqların sevinc səsi bir-birinə qarışacaq. Gənclərimizin toy məclislərində “Vağzalı” sədaları kəndi “başına götürəcək”, Cil kənd tam orta məktəbinin zəng səsi ilə yeni tikilmiş məscidin azan səsi bir-birinə qarışacaq, toylu-düyünlü günlərimiz başlayacaq. Çaylarımız əvvəlki coşqu ilə axacaq, ocaqlarımız daha gur yanacaq, Cil kəndinin növrağı özünə qayıdacaq, yurd həsrətli yuxularımız çin olacaq, hər tərəf gülə-çiçəyə bürünəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə naziri: Sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Biləsuvara qonaq gedən Cəlilabad sakinləri qidadan zəhərlənib

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı